"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 187
Bakı şəhəri, 9 iyun 2014-cü il
"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.3-cü, 1.1.5-ci, 1.1.6-cı, 1.1.8-1.1.11-ci, 1.1.14-cü, 1.1.16-cı, 1.1.18-ci və 1.1.19-cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi Qaydası" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Kəmiyyət vahidlərinin adları, işarələri və yazılış Qaydası" təsdiq edilsin (3 nömrəli əlavə).
4. "Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi Qaydası" təsdiq edilsin (4 nömrəli əlavə).
5. Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın forması təsdiq edilsin və sertifikatın qüvvədə olma müddəti verildiyi tarixdən etibarən 5 il müəyyən edilsin (5 nömrəli əlavə).
6. "Tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydası" təsdiq edilsin (6 nömrəli əlavə).
7. "Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası" təsdiq edilsin (7 nömrəli əlavə).
8. "Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasının keçirilməsi Qaydası" təsdiq edilsin (8 nömrəli əlavə).
9. "Ölçmə vasitələrinin yararsızlıq nişanının forması və onun ölçmə vasitələrinə vurulma Qaydası" təsdiq edilsin (9 nömrəli əlavə).
10. "Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi Qaydası" təsdiq edilsin (10 nömrəli əlavə).
11. "Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər" təsdiq edilsin (11 nömrəli əlavə).
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:
12.1. "Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 151);
12.2. "Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 24 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 152);
12.3. "Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın forması və qüvvədə olma müddətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 153).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə
Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən hazırlanmışdır və dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasına və tətbiqinə dair ümumi müddəaları və tələbləri, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) ölçmələrə dair metroloji tələblərə uyğunluğunun qiymətləndirilməsi və təsdiq edilməsi qaydasını müəyyən edir.
1.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahələrində attestasiya edilmiş ölçmə metodikaları tətbiq edilir.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. ölçmə metodikası (metodu) - yerinə yetirilməsi ölçmələrin nəticələrinin dəqiqlik göstəriciləri ilə alınmasını təmin edən, konkret təsvir edilmiş əməliyyatların məcmusu;
1.3.2. ölçmə metodikalarının (metodlarının) attestasiyası - ölçmə metodikalarının (metodlarının) ölçmələrə dair metroloji tələblərə uyğunluğunun qiymətləndirilməsi və təsdiq edilməsi;
1.3.3. ölçmə metodikalarının metroloji ekspertizası - ölçmə metodikasının ona tətbiq edilən metroloji tələblərə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə metodların və ölçmə vasitələrinin seçiminin, ölçmə aparılması qayda və əməliyyatlarının, həmçinin ölçmələrin nəticələrinin emal edilməsinin təhlili və qiymətləndirilməsi;
1.3.4. ölçmələrin dəqiqlik göstəricisi - metodikanın tələb və qaydalarına riayət etməklə alınan, ölçmələrin istənilən nəticələrinin müəyyən edilmiş dəqiqlik xarakteristikası;
1.3.5. arbitraj ölçmə metodikası - eyni bir fiziki kəmiyyətin eyni şəraitdə bir neçə attestasiya olunmuş ölçmə metodikasından istifadə etməklə, alınan ölçmələrin nəticələri ilə bağlı fikir ayrılığı yarandıqda, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən və ya maraqlı tərəflərin razılığı ilə müəyyən edilən ölçmə metodikası.
2. Ölçmə metodikalarının (metodlarının) attestasiyası
2.1. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikaları (metodları) attestasiya olunmalıdır.
2.2. Ölçmə metodikalarının attestasiyası aşağıdakıları müəyyən etmək məqsədi ilə aparılır:
2.2.1. ölçmə metodikaları sənədlərində tələblərin və əməliyyatların tam ifadə olunması;
2.2.2. dəqiqlik göstəricilərinin mövcudluğu və əsaslandırılması;
2.2.3. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu.
2.3. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının müraciəti əsasında ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş hüquqi və ya fiziki şəxslər keçirirlər. Ölçmə metodikalarının attestasiyasına bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlərin metroloji ekspertizası, həmçinin attestasiya olunan ölçmə metodikasının ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən nəzəri və təcrübi tədqiqatlar daxildir.
2.4. Ölçmə metodikalarının attestasiyası üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
2.4.1. ölçmə metodikasının işlənilib hazırlanmasına ilkin verilənlər;
2.4.2. ölçmə metodikasını reqlamentləşdirən sənədin layihəsi;
2.4.3. ölçmə metodikalarının nəzəri və təcrübi tədqiqatlarının materialları daxil olmaqla, metodikanın dəqiqlik göstəricilərinin qiymətləndirilməsinin nəticələri və proqramı.
2.5. Ölçmə metodikalarının attestasiyası zamanı onların aşağıdakılara uyğunluğunun tədqiqi və təsdiqi keçirilir:
2.5.1. ölçmə metodikalarının - onların məqsədli təyinatına, yəni təklif olunan metodikanın ölçmə obyektinin xassələrinə və ölçülən kəmiyyətlərin xarakterinə uyğunluğu;
2.5.2. ölçmələrin yerinə yetirilmə şərtlərinə - verilən ölçmə metodikasının tətbiqinə aid tələblərə;
2.5.3. ölçmələrin nəticələrinin dəqiqlik göstəricilərinə və ölçmələrin etibarlılığının təmin edilməsi üsullarına - müəyyən edilmiş metroloji tələblərə;
2.5.4. ölçmə metodikasının tərkibində istifadə olunan ölçmə vasitələrinin, standart nümunələrin - ölçmələrin nəticələrinin dövlət ilkin kəmiyyət vahidi etalonlarına, müvafiq dövlət ilkin kəmiyyət vahidi olmadıqda isə xarici dövlətlərin milli kəmiyyət vahidi etalonlarına izlənilməsinin təmin edilməsi şərtlərinə;
2.5.5. ölçmələrin nəticələrinin yazılı qeydiyyatı - Azərbaycan Respublikası ərazisində tətbiqinə yol verilmiş kəmiyyət vahidlərinə tələblərə;
2.5.6. ölçmələrin nəticələrinin təqdim edilmə formalarına - metroloji tələblərə.
2.6. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası barədə müraciətə 30 (otuz) gün müddətində baxılır.
2.7. Attestasiyanın nəticələri müsbət olduqda:
2.7.1. nəzəri və təcrübi tədqiqatların nəticələri əlavə edilməklə, ölçmə metodikasının müəyyən edilmiş metroloji tələblərə uyğunluğu haqqında rəy tərtib olunur;
2.7.2. attestasiya haqqında şəhadətnamə tərtib olunur;
2.7.3. ölçmə metodikasını reqlamentləşdirən sənəd təsdiq olunur.
2.8. Nəticələr mənfi olduqda, attestasiya edən təşkilat verilən ölçmə metodikasının işlənilib hazırlanması üçün texniki tapşırığın və ya ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində normativ hüquqi sənədlərin tələblərinə uyğun olmaması barədə rəy tərtib edir. Tərtib olunmuş rəy 3 (üç) gün müddətində müraciət edən fiziki və hüquqi şəxsə, dövlət orqanına göndərilir. Attestasiya edən təşkilatın rəyi ilə razı olmayan fiziki və hüquqi şəxs, dövlət orqanı inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
2.9. Attestasiya haqqında şəhadətnamə attestasiya edən təşkilatın rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiq edilir və tarix qoyulur. Attestasiya haqqında şəhadətnamə onu verən hüquqi və ya fiziki şəxs tərəfindən qeydiyyata alınmalıdır. Ölçmə metodikası (metodu) haqqında şəhadətnamə aşağıdakı məlumatları əks etdirməlidir:
2.9.1. ölçmə metodikasını attestasiya edən hüquqi və ya fiziki şəxsin adı və ünvanı;
2.9.2. attestasiya olunmuş ölçmə metodikasının sıra nömrəsindən ibarət olan qeydiyyat nömrəsi, hüquqi və ya fiziki şəxsin akkreditasiya attestatının nömrəsi və təsdiq olunduğu il;
2.9.3. ölçülən kəmiyyətin işarəsi daxil olmaqla, ölçmə metodikasının adı və təyinatı, zərurət olarsa, ölçülən obyektin adı və onun əlavə parametrləri, həmçinin istifadə olunan ölçmə üsulu;
2.9.4. ölçmə metodikasını işləyib hazırlayan təşkilatın adı və ünvanı;
2.9.5. ölçmə metodikası sənədinin işarəsi və adı, təsdiq edildiyi il və səhifələrinin sayı;
2.9.6. ölçmə metodikasının müəyyən edilmiş tələblərə uyğunluğunun təsdiq edilməsi üsulu (nəzəri və ya təcrübi tədqiqatlar);
2.9.7. attestasiya nəticəsində ölçmə metodikasının ona qoyulan tələblərə uyğunluğunun müəyyən edildiyi barədə qərar.
2.10. Attestasiya haqqında şəhadətnamə təsdiq olunduqdan sonra 3 (üç) gün müddətində müraciət edən fiziki və hüquqi şəxsə, dövlət orqanına göndərilir.
2.11. Ölçmə metodikasını reqlamentləşdirən sənəd onun attestasiyasından sonra, işləyib hazırlayan təşkilatın rəhbəri tərəfindən imzalanaraq, möhür vurulmaqla təsdiqlənir və qeydiyyat tarixi, attestasiya haqqında şəhadətnamənin nömrəsi qeyd edilir. Təsdiq edildikdən sonra sənədin surəti attestasiya edən təşkilata göndərilir.
2.12. Ölçmə metodikasında dəyişikliklər metodikanı işləyib hazırlayan qurum tərəfindən edilir. Ölçmə metodikalarında dəyişikliklər bu Qaydanın ölçmə metodikalarının işlənilib hazırlanma və attestasiyası tələblərinə uyğun olaraq sənədləşdirilməlidir. Attestasiya edilmiş ölçmə metodikaları (metodları) haqqında məlumatlar attestasiyanı keçirən şəxslər tərəfindən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna verilir.
3. Ölçmə metodikalarının tətbiqi qaydası
3.1. Attestasiya edilmiş ölçmə metodikaları, ölçmələrin dəqiqliyinə nəzarət daxil olmaqla, sənədlərdə qeyd olunan uyğunluğa ciddi riayət etməklə həyata keçirilir.
3.2. Attestasiya edilmiş ölçmə metodikasını istifadəsini nəzərdə tutan hər bir laboratoriya tətbiq etməzdən əvvəl öz laboratoriya şəraitində onun müəyyən edilmiş dəqiqlik göstəriciləri ilə reallaşdırıla bilməsinin təsdiqini keçirirlər.
3.3. Attestasiya edilmiş ölçmə metodikasını istifadə edən laboratoriya, həmin ölçmə metodikasının sənədlərində ifadə olunmuş prosedurlara uyğun olaraq, ölçmələrin keyfiyyətinə daimi nəzarəti həyata keçirməlidir.
3.4. Eyni şəraitdə, eyni bir kəmiyyət üçün iki və daha çox ölçmə metodikalarının mövcud olması ilə bağlı mübahisəli vəziyyət yaranarsa:
3.4.1. rəsmi nəşr edilmiş sənədlərlə reqlamentləşdirilmiş ölçmə metodikası üçün arbitraj metodikası müəyyən edilməlidir. Bu ölçmə metodikası ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahələrinə aid olan ölçmələri və onlara dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəricilərinə tələblər Komitə tərəfindən müəyyən edilməlidir;
3.4.2. rəsmi nəşr edilmiş sənədlərlə reqlamentləşdirilməyən metodikalar üçün arbitraj ölçmə metodikası, maraqlı tərəflərin razılığı ilə təyin edilir.
3.5. Attestasiya edilmiş ölçmə metodikalarının tətbiqi prosesində istifadəçilərin iddiaları zəruri əsaslandırmalarla birlikdə metodikanı işləyib hazırlayan quruma göndərilməlidir.
4. Attestasiya edilmiş ölçmə metodikalarına metroloji nəzarət
4.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində tətbiq edilən attestasiya edilmiş ölçmə metodikalarının dövlət metroloji nəzarəti həyata keçirilir.
4.2. Hüquqi şəxslərin metroloji xidmətləri və fərdi sahibkarlar öz fəaliyyətlərində tətbiq edilən ölçmə metodikalarının mövcudluğuna və onlara əməl edilməsinə metroloji nəzarəti həyata keçirirlər.
4.3. Dövlət metroloji nəzarətinin, yaxud hüquqi şəxslərin metroloji xidmətləri və ya fərdi sahibkarlar tərəfindən yerinə yetirilən metroloji nəzarətin həyata keçirilməsi zamanı aşağıdakılar yoxlanılır:
4.3.1. hüquqi şəxslərin metroloji xidmətlərinin və ya fərdi sahibkarların öz fəaliyyətlərində tətbiq etdikləri bütün ölçmə metodikalarının siyahısının mövcudluğu, o cümlədən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində tətbiq edilən standartlaşdırılmış xüsusi qeyd olunan ölçmə metodikalarının siyahısının olması;
4.3.2. attestasiyası haqqında şəhadətnamələrlə birgə ölçmə metodikalarını reqlamentləşdirən sənədlərin mövcudluğu;
4.3.3. tətbiq olunan ölçmə vasitələrinin, ölçmə şəraitinin, ölçmələrə hazırlıq və aparılması qaydalarının, ölçmə nəticələrinin işlənilməsi və rəsmiləşdirilməsinin reqlamentləşdirilən sənəddə göstərildiyi kimi ölçmə metodikalarına uyğunluğunun mövcudluğu;
4.3.4. ölçmə metodikaları üzrə ölçmə nəticələrinin dəqiqlik göstəricilərinə nəzarət prosedurunun tələblərinə əməl olunması;
4.3.5. ölçmələri aparan şəxslərin ixtisas dərəcələrinin ölçmə metodikalarının sənədlərində müəyyən edilmiş tələblərə uyğun olması;
4.3.6. ölçmə metodikaları ilə reqlamentləşdirilən əməyin təhlükəsizliyinə və ekoloji təhlükəsizliyə aid tələblərə əməl olunması.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə
Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi
Q A Y D A S I
1. Ümumi müddəa
1.1. Bu Qayda "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən hazırlanmışdır və Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi qaydasını müəyyən edir.
2. Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi
2.1. Azərbaycan Respublikasının ərazisində Ölçülər və Çəkilər üzrə Baş Konfrans tərəfindən qəbul edilmiº Beynəlxalq vahidlər sisteminin (bundan sonra - BVS) kəmiyyət vahidləri ilə bərabər, adları və işarələri bu Qaydanın əlavəsində verilmiş cədvəllərdə göstərilən aşağıdakı sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqinə icazə verilir:
2.1.1. bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən istifadə oluna bilən BVS-nin kəmiyyət vahidləri ilə bərabər tətbiqinə yol verilən sistemdənkənar kəmiyyət vahidləri;
2.1.2. bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yalnız xarici dövlət orqanları, fiziki və hüquqi şəxslər ilə bağlanmış müqavilələr çərçivəsində istifadə oluna bilən və müvəqqəti tətbiqinə yol verilən sistemdənkənar kəmiyyət vahidləri.
2.2. Xarici ölkələrlə əməkdaşlıq sahəsindəki müqavilə-hüquq münasibətlərində, həmçinin ixrac məhsulları ilə birlikdə xaricə göndərilən texniki və başqa sənədlərdə vahidlərin beynəlxalq işarələri tətbiq edilir. Əgər sənədlər xaricə göndərilmirsə, vahidlərin Azərbaycan işarələri işlədilə bilər.
2.3. İxrac olunan məhsulların kəmiyyəti, o cümlədən ölçmə vasitələrinin xarakteristikaları sifarişçi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş kəmiyyət vahidləri ilə ifadə oluna bilər.
2.4. Nəşrlərdə vahidlərin beynəlxalq və ya Azərbaycan işarələri işlədilə bilər. Kəmiyyət vahidləri üzrə nəşrlər istisna olmaqla, eyni nəşrdə hər iki növün işarələrinin eyni zamanda işlədilməsinə yol verilmir.
3 İyul 2014, 12:07
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 15 may tarixli 1388 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1577 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1694 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 29 noyabr tarixli 1698 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyun tarixli 447 nömrəli, “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli 449 nömrəli, “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” 2011-ci il 24 noyabr tarixli 530 nömrəli, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 660 nömrəli, “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 iyun tarixli 662 nömrəli, “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 7 mart tarixli 840 nömrəli və “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 15 mart tarixli 848 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 885 nömrəli, “2013-cü il martın 12-də Mədinə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 909 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 258 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 665 nömrəli, “Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 666 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016–2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramın təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1057 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 115 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 376 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” 2007-ci il 6 avqust tarixli 612 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 16 avqust tarixli 615 nömrəli, “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 773 nömrəli, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2010-cu il 24 may tarixli 272 nömrəli, “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” 2002-ci il 24 avqust tarixli 769 nömrəli və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 944 nömrəli, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 23 aprel tarixli 56 nömrəli, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 28 dekabr tarixli 344 nömrəli, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli 529 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” 2016-cı il 1 iyun tarixli 923 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 20 fevral tarixli 1252 nömrəli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” 2011-ci il 27 may tarixli 432 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 8 iyul tarixli 938 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
M.M.Kajlayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...