Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 185

Bakı şəhəri, 6 iyun 2014-cü il

Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2009-cu il  25 dekabr   tarixli  201  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş   "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında

 "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 97 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076; 2010, № 6, maddə 548; 2013, № 6, maddə 771) ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda  aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci, 1.2-ci (birinci halda) və 3.1-ci bəndlərə, 3.1.5-ci yarımbəndin ikinci abzasına, 4.1-ci bəndə, 4.3.3-cü yarımbəndə, 4.6-cı bəndə, 4.6.1-ci və 4.6.6-cı yarımbəndlərə, 5.1-ci bəndə, 5.3-cü bəndə (ikinci halda), 5.5-ci bəndə, 6.1.1-ci - 6.1.3-cü yarımbəndlərə ismin müvafiq hallarında "qeyri-hökumət təşkilatları" sözlərindən sonra ismin müvafiq hallarında ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri" sözləri, 5.2-ci bəndə "Qeyri-hökumət təşkilatı" sözlərindən sonra və 5.4-cü bəndə  "qeyri-hökumət təşkilatı" sözlərindən sonra ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri" sözləri əlavə edilsin.

2. 4.6.6-cı yarımbəndə "əks etdirilməklə," sözlərindən sonra "ianələrin məbləği və" sözləri əlavə edilsin.

3. 4.6.6.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.6.6.3-cü yarımbənd əlavə edilsin:

"4.6.6.3. İanə edilən pul vəsaitlərinin bank hesabına (bank hesabının rekvizitləri açıqlanmaqla) köçürmə yolu ilə və (və ya) nağd şəkildə qəbul edilmiş məbləği.".

4. 5.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.".

 5. 5.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təqdim olunmuş maliyyə hesabatlarına əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir.".

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

                                      

3 İyul 2014, 12:07

http://cabmin.gov.az/

831—840 / 10511

18 Fevral 2022, 14:02

“Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Fevral 2022, 14:02

Turizm haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

18 Fevral 2022, 13:02

A.R.Nağıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Fevral 2022, 11:02

E.O.İbrahimovun Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Fevral 2022, 11:02

C.A.Cəbrayılovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Fevral 2022, 11:02

E.Ş.Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Fevral 2022, 12:02

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

17 Fevral 2022, 12:02

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara .xidmət göstərilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

16 Fevral 2022, 11:02

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

15 Fevral 2022, 18:02

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...