Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 185
Bakı şəhəri, 6 iyun 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 97 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076; 2010, № 6, maddə 548; 2013, № 6, maddə 771) ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci, 1.2-ci (birinci halda) və 3.1-ci bəndlərə, 3.1.5-ci yarımbəndin ikinci abzasına, 4.1-ci bəndə, 4.3.3-cü yarımbəndə, 4.6-cı bəndə, 4.6.1-ci və 4.6.6-cı yarımbəndlərə, 5.1-ci bəndə, 5.3-cü bəndə (ikinci halda), 5.5-ci bəndə, 6.1.1-ci - 6.1.3-cü yarımbəndlərə ismin müvafiq hallarında "qeyri-hökumət təşkilatları" sözlərindən sonra ismin müvafiq hallarında ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri" sözləri, 5.2-ci bəndə "Qeyri-hökumət təşkilatı" sözlərindən sonra və 5.4-cü bəndə "qeyri-hökumət təşkilatı" sözlərindən sonra ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri" sözləri əlavə edilsin.
2. 4.6.6-cı yarımbəndə "əks etdirilməklə," sözlərindən sonra "ianələrin məbləği və" sözləri əlavə edilsin.
3. 4.6.6.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.6.6.3-cü yarımbənd əlavə edilsin:
"4.6.6.3. İanə edilən pul vəsaitlərinin bank hesabına (bank hesabının rekvizitləri açıqlanmaqla) köçürmə yolu ilə və (və ya) nağd şəkildə qəbul edilmiş məbləği.".
4. 5.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.".
5. 5.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təqdim olunmuş maliyyə hesabatlarına əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
3 İyul 2014, 12:07
14 Mart 2019, 08:03
“Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
14 Mart 2019, 08:03
“Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Mart 2019, 08:03
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
14 Mart 2019, 08:03
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1480-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
14 Mart 2019, 08:03
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
14 Mart 2019, 08:03
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2019, 08:03
E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2019, 08:03
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2019, 08:03
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2019, 08:03
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...