Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 184

Bakı şəhəri, 6 iyun 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət  təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edilməsi barədə

 "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 97 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 236) 4.1-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Sazişdə onun qüvvədə olma müddəti göstərilməlidir.".

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

3 İyul 2014, 12:07

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...