Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2020-ci il.
6 Avqust 2020, 16:082 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
2 Fevral 2016, 09:02
Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında ətraflı...
1 Fevral 2016, 09:02
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...
1 Fevral 2016, 09:02
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
1 Fevral 2016, 09:02
2016-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında ətraflı...
1 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı ətraflı...
29 Yanvar 2016, 09:01
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında ətraflı...
29 Yanvar 2016, 09:01
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında ətraflı...
29 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 41-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
29 Yanvar 2016, 09:01
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...