"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 183

Bakı şəhəri, 6 iyun 2014-cü il

"Əmək   müqaviləsi   bildirişinin   forması   və   onun   elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat  forması,  habelə qeydiyyata alınmış  əmək  müqaviləsi bildirişinin   məlumatlarını  real  vaxt  rejimində  əldə   etməklə bağlı Qaydalar"ın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə 

təsdiq edilmişdir 

Əmək müqaviləsi  bildirişinin  forması  və  onun  elektron informasiya sisteminə   daxil   edilməsi   qaydaları,   əmək   müqaviləsi   bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı

Q A Y D A L A R

1. Ümumi müddəa

 1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun  tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir.

 2. Əmək müqaviləsi bildirişinin formaları

 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilir.

2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir:

2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun);

2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun);

2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun).

 3. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi

 3.1. Elektron informasiya sisteminə əmək müqaviləsi bildirişinin daxil edilməsi "Elektron hökumət" portalı vasitəsilə həyata keçirilir.

3.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan  dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə daxil edilməlidir.

 3.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir.

3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza  ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

3.5. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı,  adı, atasının adı, gücləndirilmiş elektron imza (hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya  sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi    şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini,  fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir.

3.6. Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir. 

 4. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi

 4.1. "Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi"  elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya  əsasən işəgötürən barəsində aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir:

4.1.1. işəgötürən hüquqi şəxs olduqda:

4.1.1.1. hüquqi şəxsin adı;

4.1.1.2. sığortaedənin uçot nömrəsi (SUN);

  4.1.1.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

  4.1.1.4. hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları;         

  4.1.2. işəgötürən fiziki şəxs olduqda:

  4.1.2.1. soyadı, adı, atasının adı;

  4.1.2.2. sığortaedənin uçot nömrəsi (SUN);

  4.1.2.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

  4.1.2.4. qeydiyyatda olduğu ünvanı, əlaqə telefonları;

  4.1.2.5. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

  4.1.2.6. sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);

  4.1.2.7. fərdi identifikasiya nömrəsi (FİN).       

  4.2. İşçinin fərdi identifikasiya nömrəsi (FİN) əmək müqaviləsi bildirişində müvafiq sahəyə daxil edilərkən istifadə olunan informasiya ehtiyatlarında ona aid məlumat aşkar olunduqda, aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən edilir və əmək müqaviləsi bildirişində göstərilir:

  4.2.1. işçinin soyadı, adı, atasının adı;

  4.2.2. vətəndaşlığı;

  4.2.3. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

  4.2.4. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);

  4.2.5. fərdi identifikasiya nömrəsi (FİN);

  4.2.6. doğum tarixi;

  4.2.7. işçinin qeydiyyatda olduğu ünvan;

4.2.8. cinsi.        

4.3. Sistem tərəfindən avtomatik rejimdə müəyyən edilən məlumatlarla yanaşı, əmək müqaviləsi bildirişinə avtomatik rejimdə daxil olunmayan aşağıdakı məlumatlar daxil edilir:

4.3.1. işəgötürənin səlahiyyətlərini həyata keçirən şəxsin (şəxslərin) vəzifəsi, soyadı, adı, atasının adı;

  4.3.2. vəzifəli şəxsin fərdi identifikasiya nömrəsi (FİN);

  4.3.3. vəzifəli şəxsin şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.3.4. işçinin yaşadığı ünvan, əlaqə telefonları;

  4.3.5. iş yerinin adı;

  4.3.6. iş yerinin əsas və ya əlavə olması  barədə qeyd;

4.3.7. işçinin vəzifəsinin (peşəsinin) adı;

  4.3.8. əmək müqaviləsinin bağlanıldığı tarix (elektron informasiya sistemi istifadəyə verilən tarixdən sonra bağlanılmış əmək müqavilələri istisna olmaqla);

  4.3.9. əmək müqaviləsinin növü (müddətli və ya müddətsiz);

  4.3.10. müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix;

  4.3.11. işçinin aylıq əməkhaqqının məbləği (manatla);

4.3.12. əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd.

4.4. Əmək müqaviləsinin bağlanılması ilə bağlı müəyyən məlumatlar elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsi bildirişinə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada bu Qaydaların 6 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

 5. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi

 5.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə əmək müqaviləsində dəyişiklik edildikdə, "Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir.

  5.2. Əmək müqaviləsində göstərilən, lakin "Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi"nə daxil edilməyən məlumat və şərtlərlə bağlı əmək müqaviləsində dəyişikliklər edildikdə, "Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"ndə müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir. 

5.3. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı müəyyən məlumatlar elektron informasiya sisteminə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 3 və 4 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir)  iş günündən gec olmayaraq, işəgötürənə sistem vasitəsilə bu Qaydaların 7 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

 6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi

 6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"nə daxil edilir:

6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi;

6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası;

6.1.3. işəgötürənin adı;

6.1.4. işçinin soyadı, adı, atasının adı;

6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN);

6.1.6. "Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi"nin nömrəsi və tarixi.

6.2. Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

 7.    Əmək müqaviləsi bildirişlərinin və onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması

 7.1. İşçinin onunla bağlı qeydiyyata alınmış müvafiq əmək müqaviləsi bildirişinin ( bildirişlərinin) məlumatlarını real vaxt rejimində əldə etmək imkanları elektron informasiya sistemi vasitəsilə təmin olunur. Hər bir işçi onunla bağlı müvafiq əmək müqaviləsi bildirişinin məlumatlarını "Elektron hökumət" portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə "Əmək müqaviləsi bildirişlərinin məlumatlarının işçilər tərəfindən əldə edilməsi" xidmətini seçərək, özü barədə müvafiq məlumatı əldə edə bilər.

  7.2. İşəgötürənə elektron informasiya sistemi vasitəsilə ona aid olan əmək müqaviləsi bildirişlərinin və bu bildirişlərlə bağlı göndərilən məlumatların reyestrinə baxmaq və onları çap etmək imkanı yaradılır.

  7.3. Elektron informasiya sistemi işəgötürənlərin və işçilərin digər işəgötürən və işçilər barədə sistemdən məlumat almasına imkan yaratmır.

 8.  Yekun müddəalar

 8.1. Bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır.  

8.2.  Elektron informasiya sistemi vasitəsilə bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə və məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyyətlər qoyulur və sistem tərəfindən məlumat qəbul edilmədikdə bununla bağlı dərhal müvafiq məlumat göstərilir.

8.3. Elektron informasiya sistemində qeydiyyata alınmış məlumatların məlumat bazasında  saxlanılması müddəti məhdudlaşdırılmır.

 

"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"a

3 İyul 2014, 12:07

http://cabmin.gov.az/

491—500 / 10511

4 Avqust 2022, 12:08

“Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

4 Avqust 2022, 12:08

“Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

3 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Prezidentinin “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 2017-ci il 28 aprel tarixli 1349 nömrəli, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 18 may tarixli 1415 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 may tarixli 72 nömrəli və “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 187 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 22 nömrəli və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 416-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 698 nömrəli fərmanlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 21 dekabr tarixli 192 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 25 yanvar tarixli 1211 nömrəli, “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 19 aprel tarixli 1341 nömrəli və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 16 iyun tarixli 1460 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015–2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli 2760 nömrəli, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 iyun tarixli 260 nömrəli, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli və “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli və “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 906-IVQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 6 mart tarixli 120 nömrəli, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” 2015-ci il 5 fevral tarixli 453 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 18 mart tarixli 487 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 826-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2013-cü il 10 dekabr tarixli 43 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 3 fevral tarixli 101 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...