Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1996-cı il 14 sentyabr tarixli 492 nömrəli, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 723 nömrəli, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 758 nömrəli, “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2016-cı il 23 iyun tarixli 962 nömrəli, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 730 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 492 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 170; 2007, № 2, maddə 87, № 11, maddə 1112; 2018, № 1, maddə 60) aşağıdakı məzmunda 2-1-ci və 4-1-ci hissələr əlavə edilsin:
“2-1. Müəyyən edilsin ki, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.”;
“4-1. Müəyyən edilsin ki, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin üçüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.
2. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 383; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87; 2015, № 2, maddə 107) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə “və 33-cü” sözlərindən əvvəl “, 28-ci maddəsinin ikinci hissəsində” sözləri əlavə edilsin;
2.2. 2.2-ci bənddən “28-ci maddəsinin üçüncü hissəsində,” sözləri çıxarılsın;
2.3. 2.3-cü bənddə “ikinci hissəsinin səkkizinci abzasında” sözləri “birinci hissəsində” sözləri ilə əvəz edilsin;
2.4. 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:
“2.8. həmin Qanunun 28-ci maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.
3. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 384; 2003, № 10, maddə 582; 2007, № 2, maddə 87, № 6, maddə 601, № 8, maddə 769; 2008, № 8, maddə 719; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 290; 2012, № 10, maddə 953; 2013, № 11, maddə 1334; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 10, maddə 1209; 2016, № 8, maddə 1384; 2017, № 7, maddə 1373; 2018, № 3, maddə 409, № 6, maddə 1218) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci abzasa “cümlələrində” sözündən sonra “, 22-ci maddəsinin beşinci hissəsində” sözləri əlavə edilsin;
3.2. on dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:
“həmin Qanunun 22-ci maddəsinin beşinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.
4. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 508; 2003, № 10, maddələr 546, 585; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2017, № 1, maddə 38; 2020, № 4, maddə 400) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bənddə “hissəsində” sözü “və dördüncü hissələrində” sözləri ilə əvəz edilsin;
4.2. 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:
“2.8. həmin Qanunun 10-cu maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.
5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1058) ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin 2.1.4-cü yarımbəndində “balıqçılıq təsərrüfatı” sözləri “balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən obyektlərin dövlət ekoloji” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1.2-ci yarımbəndində “üzrə müvafiq normalara” sözləri “məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.
7. “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 730 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1022) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 3.5-ci və 3.6-cı bəndlərdə “1-ci və 2-ci hissələrində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin;
7.2. aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:
“3.5-1. həmin Qanunun 28-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul 2020-ci il.
30 İyul 2020, 21:0718 Avqust 2021, 12:08
A.Ə.Aslanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Avqust 2021, 12:08
Azərbaycan Respublikası Prezidentinin “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2021, 12:08
Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 643 nömrəli, “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 may tarixli 690 nömrəli, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli və “Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2021, 12:08
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nda, 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda, 2018-ci il 9 avqust tarixli 393 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nda və 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Avqust 2021, 12:08
Azərbaycan Respublikası Prezidentinin “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli 998 nömrəli, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli, “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” 2019-cu il 3 may tarixli 1155 nömrəli və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Avqust 2021, 09:08
İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Avqust 2021, 09:08
İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Avqust 2021, 09:08
Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Avqust 2021, 09:08
Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Avqust 2021, 09:08
Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...