Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ermənistan Respublikası Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədilə qərara alıram:

1. Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, bu barədə məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə əsasən təqdim edilmiş məlumatlara uyğun olaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2020-ci il.

20 İyul 2020, 18:07

http://www.azertag.az

10271—10280 / 10511

26 Fevral 2014, 09:02

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

26 Fevral 2014, 09:02

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında ƏSASNAMƏ   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin STRUKTURU   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

20 Fevral 2014, 10:02

"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında   ətraflı...

19 Fevral 2014, 17:02

R.S.Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

18 Fevral 2014, 08:02

Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

17 Fevral 2014, 09:02

A.M. Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında   ətraflı...