Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli, 30 mart tarixli 41-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 116.1-ci maddəyə “532,” rəqəmlərindən sonra “533-1,” rəqəmləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 533-1-ci maddə əlavə edilsin:
“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə-
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2020-ci il.
24 İyun 2020, 08:0619 Dekabr 2014, 09:12
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında ətraflı...
19 Dekabr 2014, 09:12
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
19 Dekabr 2014, 09:12
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında ətraflı...
18 Dekabr 2014, 09:12
“Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında ətraflı...
18 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələri haqqında MƏLUMAT ətraflı...
18 Dekabr 2014, 09:12
2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim”müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında ətraflı...
18 Dekabr 2014, 09:12
2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında ətraflı...
18 Dekabr 2014, 09:12
Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə ətraflı...
18 Dekabr 2014, 09:12
Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məmnun Hüseynə ətraflı...
17 Dekabr 2014, 10:12
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...