“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının TƏSVİRİ

                                                                             Azərbaycan Respublikasının 2014-cü il

                                                                             30 may tarixli Qanunu ilə təsdiq

                                                                             edilmişdir

 

 

 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) diametri 36 mm olan dairəvi qızılı rəngli metal lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

Medalın ön tərəfində iki dairə əks olunmuşdur. Birinci dairə yaşıl rəngdədir. Birinci dairədə yuxarı qövs boyunca qızılı rəngdə “AZƏRBAYCAN”, aşağı qövs boyunca “SƏRHƏD MÜHAFİZƏSİ” sözləri, onların arasında hər iki tərəfdə olmaqla, bir ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. İkinci dairəsi ağ rəngdədir, mərkəzində qızılı rəngdə, üzərində “95” rəqəmləri yazılmış səkkizguşəli ulduz, ulduzun ətrafında qövs formasında qızılı rəngli çələng, çələngin aşağısında qızılı rəngli lentin üzərinə “1919-2014” rəqəmləri həkk olunmuşdur.

 

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində üç dairə əks olunmuşdur. Birinci dairə qızılı rəngdədir. İkinci dairə yaşıl rəngdədir, dairə boyunca səkkiz ədəd qızılı rəngli səkkizguşəli ulduz yerləşdirilmişdir. Medalın üçüncü dairəsinin yuxarı hissəsində Azərbaycan Respublikasının rəngli xəritəsi, ondan arxa fonda sərhəd nişanı həkk olunmuşdur. Sərhəd nişanının rənglərinin ardıcıllığı Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğundur. Sərhəd nişanının yuxarı hissəsində, qırmızı zolağın üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsviri vardır. Sərhəd nişanından aşağıda olmaqla, qızılı rənglə birinci sətirdə “AZƏRBAYCAN RESPUBLİKASI”, ikinci sətirdə “DÖVLƏT SƏRHƏD”, üçüncü sətirdə “XİDMƏTİ” sözləri həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfində seriyası və nömrəsi göstərilmişdir.

 

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, üst və alt hissəsi 40 mm x 5 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsi ilə birləşdirilir. Medalı lövhəyə birləşdirən üç ədəd qızılı rəngli metal halqaların diametri 5 mm-dir.

4.2. Xara lent, mərkəzdə eni 11 mm olan ağ, kənarlardan mərkəzə doğru isə simmetrik olaraq ardıcıllıqla eni 3 mm olan yaşıl, eni 3 mm olan ağ, eni 1,5 mm olan yaşıl, eni 1,5 mm olan ağ, eni 4 mm olan yaşıl rəngli şaquli zolaqlara bölünmüşdür. Mərkəzdəki eni 11 mm olan ağ zolağın üzərində Azərbaycan Qasımuşağı xalçalarına məxsus, bir-birinin içinə keçmiş “S” şəkilli naxış həkk olunmuşdur.

4.3. Lövhənin üst və alt metal təbəqəsinin üzərində qızılı rəngli üfüqi dalğalı lent istiqamətlənir.

4.4. Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

 

2 İyul 2014, 12:07

http://www.azertag.net

10031—10040 / 10511

19 May 2014, 09:05

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

19 May 2014, 09:05

Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

19 May 2014, 09:05

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında   ətraflı...

19 May 2014, 09:05

Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

19 May 2014, 09:05

Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında   ətraflı...

15 May 2014, 09:05

“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında   ətraflı...

15 May 2014, 09:05

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

15 May 2014, 09:05

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

15 May 2014, 09:05

Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında   ətraflı...

15 May 2014, 09:05

“Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə   ətraflı...