Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda mövcud olan mədəni müxtəliflik və yüksək tolerantlıq mühiti əsrlərdən bəri burada ayrı-ayrı xalqların, fərqli konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yanaşı yaşamasının bariz nümunəsidir. Cəmiyyətdə qarşılıqlı mənəvi zənginləşmə üçün möhkəm bünövrə rolunu oynayan etnik-dini rəngarəngliyin qorunub saxlanmasının müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2020-ci il.

3 İyun 2020, 09:06

http://www.azertag.az

5471—5480 / 10511

3 May 2017, 09:05

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

3 May 2017, 09:05

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 May 2017, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

3 May 2017, 09:05

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

3 May 2017, 09:05

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 May 2017, 09:05

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

3 May 2017, 09:05

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 579-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

3 May 2017, 09:05

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

2 May 2017, 09:05

Azərbaycan xalçaçılarının təltif edilməsi haqqında   ətraflı...

2 May 2017, 09:05

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası haqqında   ətraflı...