“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli 268 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Elektron məhkəmə” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsünlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, “Elektron məhkəmə” informasiya sisteminin Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Təhsil Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Dövlət İmtahan Mərkəzinə, İpoteka və Kredit Zəmanət Fonduna, Milli Depozit Mərkəzinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, “Azəriqaz” İstehsalat Birliyinə tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına, İcbari Sığorta Bürosuna, Azərbaycan Kredit Bürosuna tövsiyə edilsin ki, bu Fərmanla təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin 11.2-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikası Prezidentinə məlumat versinlər.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə “Elektron məhkəmə” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2020-ci il.

2 İyun 2020, 09:06

http://www.azertag.az

5871—5880 / 10511

25 Yanvar 2017, 09:01

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın təsdiq edilməsi haqqında   ətraflı...

25 Yanvar 2017, 09:01

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

25 Yanvar 2017, 09:01

Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında   ətraflı...

25 Yanvar 2017, 09:01

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında   ətraflı...

24 Yanvar 2017, 09:01

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında   ətraflı...

23 Yanvar 2017, 09:01

Minimum aylıq əməkhaqqının artırılması haqqında   ətraflı...

23 Yanvar 2017, 09:01

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında   ətraflı...

23 Yanvar 2017, 09:01

“Lisenziyalar və icazələr” portalı haqqında ƏSASNAMƏ   ətraflı...

23 Yanvar 2017, 09:01

“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə   ətraflı...

23 Yanvar 2017, 09:01

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...