Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14; 2001, № 11, maddə 669; 2002, № 5, maddə 237; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 11, maddə 1075; 2008, № 8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 230, № 5, maddə 471, № 11, maddələr 1297, 1310; 2014, № 11, maddə 1342; 2015, № 5, maddə 498; 2017, № 1, maddə 31; 2018, № 12 (I kitab), maddə 2506) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 23-1-ci maddə üzrə:

1.1. birinci hissəyə “Əcnəbilərə” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxslərə” sözləri, “əcnəbilərin” sözündən sonra isə “və ya vətəndaşlığı olmayan şəxslərin” sözləri əlavə edilsin;

1.2. ikinci hissəyə, həmin hissənin “b” (hər iki halda) və “c” (hər iki halda) bəndlərinə ismin müvafiq hallarında “əcnəbi” sözündən sonra ismin müvafiq hallarında “və ya vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilsin;

1.3. dördüncü hissə beşinci hissə hesab edilsin və aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılır.”.

2. 23-2-ci maddə üzrə:

2.1. birinci cümləyə “əcnəbi” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilsin;

2.2. ikinci cümləyə “əcnəbini” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxsi” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il.

21 May 2020, 09:05

http://www.azertag.az

8251—8260 / 10511

18 Avqust 2015, 10:08

A.A.Qasımova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında   ətraflı...

18 Avqust 2015, 10:08

E.S.Məmmədova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında   ətraflı...

18 Avqust 2015, 10:08

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

18 Avqust 2015, 10:08

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında   ətraflı...

6 Avqust 2015, 09:08

Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

4 Avqust 2015, 09:08

Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında   ətraflı...

29 İyul 2015, 09:07

Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

28 İyul 2015, 09:07

Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 İyul 2015, 09:07

Mingəçevir Dövlət Universitetinin yaradılması barədə   ətraflı...

27 İyul 2015, 09:07

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi haqqında   ətraflı...