Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair 2020-ci il martın 11-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2020-ci il.
20 May 2020, 10:0530 Oktyabr 2017, 05:10
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
Ə.C.Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
T.B.İsgəndərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
H.M.Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
M.C.Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
R.C.Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
27 Oktyabr 2017, 05:10
İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
26 Oktyabr 2017, 09:10
Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
25 Oktyabr 2017, 09:10
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında ətraflı...