Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2020-ci ildə respublikanın ilk ali tibb təhsili ocağının – Azərbaycan Tibb Universitetinin təsis edilməsinin 90 illiyi tamam olur.Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında yaradılmış Azərbaycan Tibb Universiteti ölkəmizin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Azərbaycan səhiyyəsinin inkişafı tarixində xüsusi mövqeyə malik Universitet öz fəaliyyətində təhsili, elmi və tibbi daim üzvi şəkildə birləşdirmiş, ötən illər ərzində təbabətin ən müxtəlif sahələri üçün yüksək bilikli və bacarıqlı kadrların yetişməsində, həmçinin mötəbər elmi mərkəz kimi fundamental tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamışdır. Tibb Universitetində beynəlxalq əməkdaşlıq əlaqələrinin davamlı genişləndirilməsi və tibb təhsilinin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən işlər təqdirəlayiqdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ölkədə tibb elmi və təhsili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 90 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2020-ci il.
15 May 2020, 08:051 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
X.İ.Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Ç.A.Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 İyul 2017, 10:07
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ətraflı...
31 İyul 2017, 10:07
Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
31 İyul 2017, 09:07
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
31 İyul 2017, 09:07
Mərkəzi Seçki Komissiyasının 21 iyul 2017-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
27 İyul 2017, 09:07
Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...