Azərbaycan Respublikası Prezidentinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli 102 nömrəli, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 116 nömrəli və “Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 85; 2003, № 10, maddələr 546, 582; 2007, № 8, maddə 769; 2008, № 3, maddə 174, № 8, maddə 719, № 9, maddə 798; 2014, № 2, maddə 112) ilə təsdiq edilmiş “İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət geoloji ekspertizasının keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.6-cı bəndin birinci cümləsində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı qazıntı ehtiyatları üzrə komissiyası (bundan sonra “Faydalı qazıntı ehtiyatları üzrə komissiya” adlandırılacaq)” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
1.2. 5.1-ci, 5.2-ci, 5.5-ci, 5.6-cı bəndlərdə, 6.2-ci bəndin birinci cümləsində və 6.3-cü bənddə ismin müvafiq hallarında “Faydalı qazıntı ehtiyatları üzrə komissiya” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
1.3. 5.3-cü bənddə “Faydalı qazıntı ehtiyatları üzrə komissiyanın müzakirəsinə verir” sözləri “Agentliyə təqdim edir” sözləri ilə əvəz edilsin;
1.4. 5.4-cü bənd üzrə:
1.4.1. birinci cümlədə “Faydalı qazıntı ehtiyatları üzrə komissiyada baxılır və komissiyanın protokolu ilə” sözləri “Agentlikdə baxılır və Agentliyin qərarı ilə” sözləri əvəz edilsin;
1.4.2. ikinci cümlədə “protokolun” sözü “qərarın” sözü ilə əvəz edilsin;
1.5. 5.7-ci bəndin birinci cümləsində “Faydalı qazıntı ehtiyatları üzrə komissiyanın protokolu” sözləri “Agentliyin qərarı” sözləri ilə əvəz edilsin;
1.6. 6.1-ci bənd üzrə:
1.6.1. birinci cümlədə “ekoloji” sözü “geoloji” sözü ilə, “Faydalı qazıntı ehtiyatları üzrə komissiya” sözləri “Agentlik” sözü ilə, “komissiya iclasının protokoluna” sözləri isə “Agentliyin qərarına” sözləri ilə əvəz edilsin;
1.6.2. ikinci cümlədə “Komissiyanın” sözü “Agentliyin” sözü ilə əvəz edilsin.
2. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 168; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 577; 2005, № 11, maddə 1016; 2006, № 7, maddə 590; 2007, № 11, maddə 1110; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1418; 2016, № 2, maddə 254, № 11, maddə 1818; 2018, № 6, maddə 1228) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissənin ikinci–doqquzuncu abzasları müvafiq olaraq 2.1–2.8-ci bəndlər hesab edilsin;
2.2. 2.3-cü bənddən “və bələdiyyə” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, №10, maddə 578; 2008, № 8, maddə 719) ilə təsdiq edilmiş “Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. Kəşfiyyatı aparılmış faydalı qazıntı yataqlarının ehtiyatları Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində (bundan sonra – Agentlik) dövlət ekspertizası aparıldıqdan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyası tərəfindən təsdiq edilir.”;
3.2. 1.4-cü və 3.6-cı bəndlərdə “Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyanın” sözləri ismin müvafiq hallarında “Agentliyin” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2020-ci il.
23 Aprel 2020, 19:0414 İyul 2014, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
14 İyul 2014, 09:07
Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsində nəzərdə tutulan milli orqanın müəyyən edilməsi haqqında ətraflı...
14 İyul 2014, 09:07
"Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
14 İyul 2014, 09:07
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
Z.İ.Qaralovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin təsis edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...