Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2020-ci il.

15 Aprel 2020, 09:04

http://www.azertag.az

8871—8880 / 10511

12 Yanvar 2015, 09:01

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 yanvar 2015-ci il tarixli 150 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 157 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 155 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 154 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 152 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 156 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 158 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 153 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 151 saylı müraciətə baxılması barədə   ətraflı...