“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 115; 2004, № 9, maddə 665; 2006, № 3, maddə 207, № 11, maddə 909; 2007, № 10, maddə 928; 2009, № 10, maddə 761, № 12, maddə 944; 2011, № 6, maddə 459, № 8, maddə 749; 2014, № 7, maddə 757; 2016, № 4, maddə 655; 2018, № 11, maddə 2184, № 12 (I kitab), maddə 2480) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.8-ci maddənin birinci cümləsində “və ya yenidən baxılmasına” sözləri “, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə” sözləri ilə əvəz edilsin;
1.2. 9.2-ci maddədə “göstərilmədikdə” sözü “və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda” sözləri ilə əvəz edilsin;
1.3. 9.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;
1.4. 10.1-ci maddənin birinci abzasında “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;
1.5. 10.2-ci maddədə, 12.1-ci maddənin ikinci cümləsində, 12.2.2-ci, 13.1-ci maddələrdə, 13.2.1-ci və 13-1.5-ci maddələrin birinci cümlələrində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin;
1.6. 12.4-cü maddədə “apara bilər” sözləri “aparır” sözü ilə əvəz edilsin;
1.7. 12.6-cı maddənin ikinci cümləsində “gün də uzadıla bilər” sözləri “günədək uzadılır” sözləri ilə əvəz edilsin və üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.”;
1.8. 13.2-ci maddənin birinci abzasında “keçirə bilər” sözləri “keçirir” sözü ilə əvəz edilsin;
1.9. 13.2.1-ci maddənin ikinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin.
2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600; 2018, № 7 (I kitab), maddə 1396, № 12 (I kitab), maddə 2513; 2019, № 5, maddə 809) 73.6-cı maddəsinə “layihəsi” sözündən sonra “müvafiq oxunuşda baxılmasına azı 5 gün qalmış” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2020-ci il.
14 Aprel 2020, 09:0415 May 2018, 08:05
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1075-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 May 2018, 08:05
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 May 2018, 08:05
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1081-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 May 2018, 08:05
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 May 2018, 08:05
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1080-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 May 2018, 08:05
E.İ.Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 May 2018, 08:05
F.Ş.Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 May 2018, 08:05
F.Ş.Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 May 2018, 08:05
H.Ş.Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 May 2018, 08:05
R.Ç.Nəcəfin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...