Azərbaycan Respublikası Prezidentinin “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanında, 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanında, 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə, 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə və 2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431; 2001, № 7, maddə 459; 2007, № 5, maddə 459; 2010, № 2, maddə 80; 2017, № 5, maddə 802; 2019, № 3, maddə 406) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü hissədə “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə, “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nda:
1.2.1. I bölmə üzrə:
1. 1-ci, 4-cü və 10-cu hissələrin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;
2. 7-ci hissənin “Tədbirin adı” sütununda və “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;
3. 8-ci hissənin “İcraçı təşkilatlar” sütununda “Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Teleradio Verilişləri Şirkəti” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
4. 11-ci hissənin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm Nazirliyi, Mətbuat və İnformasiya” sözləri “və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;
1.2.2. II bölmə üzrə:
1. 3-cü hissənin “Tədbirin adı” sütununda “alimlər” sözü “alim və tədqiqatçılar” sözləri ilə və “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;
2. 4-cü və 5-ci hissələrin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;
1.2.3. III bölmənin 4-cü hissəsinin, IV və VIII bölmələrin 1-ci hissələrinin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;
1.2.4. V bölmənin 3-cü hissəsi ləğv edilsin;
1.2.5. VII bölmə üzrə:
1. 2-ci, 5-ci və 6-cı hissələrin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin;
2. 3-cü hissənin “İcraçı təşkilatlar” sütununda “Dövlət Teleradio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
3. 4-cü hissədən “və Turizm” sözləri çıxarılsın;
4. 6-cı hissənin “İcraçı təşkilatlar” sütununda “Ticarət Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
1.2.6. IX bölmə üzrə:
1. 1-ci hissənin “Tədbirin adı” sütununda “Azal”a” sözü və “İcraçı təşkilatlar” sütununda “AZAL” Azərbaycan Dövlət Hava Yolları Konserni” sözləri ismin müvafiq hallarında “Azərbaycan Hava Yolları” QSC” sözləri ilə əvəz edilsin;
2. 2–4-cü hissələrin “İcraçı təşkilatlar” sütununda “, İdman və Turizm” sözləri “və İdman” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606; 2001, № 10, maddə 640; 2002, № 4 (II kitab), maddə 189, № 10, maddə 592; 2003, № 10, maddələr 566, 569; 2004, № 6, maddə 432; 2005, № 5, maddələr 400, 403, 405; 2006, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742; 2007, №11, maddə 1097, № 12, maddə 1246; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 10, maddə 788, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 233, № 3, maddə 438; 2017, № 7, maddə 1352, № 11, maddə 2032; 2019, № 6, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 16.2-ci bəndində “beş” sözü “on” sözü ilə əvəz edilsin.
3. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 264; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2007, № 12, maddə 1240; 2019, № 4, maddə 629) 2.10-cu bəndində “asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları” sözləri “fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332; 2019, № 3, maddələr 405, 411) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.1.15-1-ci yarımbənd əlavə edilsin:
“2.1.15-1. peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparır;”.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 421, № 8, maddə 1702) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.17-ci yarımbəndində “və gənc alimlərin” sözləri “, gənc alim və tədqiqatçıların” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1703) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na aşağıdakı məzmunda 2.1.5-1-ci yarımbənd əlavə edilsin:
“2.1.5-1. sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılması;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2020-ci il.
1 Aprel 2020, 23:0428 İyun 2018, 08:06
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında təmənnasız hərbi yardım göstərilməsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 İyun 2018, 08:06
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 İyun 2018, 08:06
Balakən rayonunun Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
A.A.Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...