Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 26-cı hissədə “388-1” rəqəmi “388-1.1.2, 388-1.2” rəqəmləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 26-2-ci hissə əlavə edilsin:
“26-2. Məcəllənin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
26-2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından - bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
26-2.2. informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçilərinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 mart 2020-ci il.
30 Mart 2020, 20:031 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
X.İ.Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Ç.A.Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 İyul 2017, 10:07
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ətraflı...
31 İyul 2017, 10:07
Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
31 İyul 2017, 09:07
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
31 İyul 2017, 09:07
Mərkəzi Seçki Komissiyasının 21 iyul 2017-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
27 İyul 2017, 09:07
Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...