“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 72) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. həmin Qanunun 5.2.2-ci (psixoloji yardım sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi üzrə) və 5.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”.

2. 3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.5–3.12-ci bəndlər əlavə edilsin:

“3.5. həmin Qanunun 7.1-ci maddəsində “orqanlar (qurumlar)” dedikdə fövqəladə hadisələr zamanı zərər çəkmiş şəxslərə psixoloji yardım göstərilməsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, fövqəladə hadisələrin psixoloji fəsadlarını aradan qaldırmaq məqsədilə zəruri tədbirlər həyata keçirilməsi üzrə tabeliyində səhiyyə müəssisələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;

3.6. həmin Qanunun 19.4-cü maddəsində “orqan (qurum)” dedikdə tabeliyində səhiyyə müəssisələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;

3.7. həmin Qanunun 5.2.1-ci (həmin Qanunun 7.2-ci və 7.3-cü maddələrində qeyd olunan əhali qruplarına münasibətdə) maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

3.8. həmin Qanunun 5.2.1-ci (həmin Qanunun 7.1-ci maddəsində qeyd olunan əhali qrupuna münasibətdə) və 5.2.7-ci (psixoloji konsultasiya və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, qaynar xəttin təşkili üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində səhiyyə müəssisələri olan dövlət orqanları (qurumları) həyata keçirirlər;

3.9. həmin Qanunun 5.2.2-ci (psixoloji yardım sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə) və 5.2.4-cü maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində səhiyyə, təhsil və sosial xidmət müəssisələri olan dövlət orqanları (qurumları) həyata keçirirlər;

3.10. həmin Qanunun 5.2.5-ci (klinik (tibbi) psixoloji yardım göstərən mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi üzrə), 5.2.6-cı, 5.2.7-ci (sosial reklam çarxlarının hazırlanması üzrə), 5.2.8-ci və 5.2.9-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

3.11. həmin Qanunun 5.2.5-ci (klinik (tibbi) psixoloqlar istisna olmaqla psixoloji yardım göstərən digər mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi üzrə) maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;

3.12. həmin Qanunun 5.2.7-ci maddəsində nəzərdə tutulmuş sosial reklam çarxlarının yayımlanması vəzifəsini “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, televiziya və radio yayımına münasibətdə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası, açıq məkanda yayımına münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi həyata keçirirlər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2020-ci il.

20 Mart 2020, 10:03

http://www.azertag.az

9721—9730 / 10511

14 İyul 2014, 09:07

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

14 İyul 2014, 09:07

Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsində nəzərdə tutulan milli orqanın müəyyən edilməsi haqqında   ətraflı...

14 İyul 2014, 09:07

"Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

14 İyul 2014, 09:07

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

10 İyul 2014, 09:07

Z.İ.Qaralovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin təsis edilməsi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...