“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345; 2019, №12, maddə 1881) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-2-ci maddə üzrə:

1.1. maddənin adında “ehtiyatında” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsində” sözləri əlavə edilsin;

1.2. 13-2.3-cü maddədə “sahibi” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” sözləri, “ehtiyatında” sözündən sonra “(informasiya-telekommunikasiya şəbəkəsində)” sözləri əlavə edilsin;

1.3. Aşağıdakı məzmunda 13-2.3.10-1-ci maddə əlavə edilsin:

“13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar;”.

2. 13-4-cü maddənin mətnində “provayderlər” sözündən sonra “, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2020-ci il.

20 Mart 2020, 10:03

http://www.azertag.az

9421—9430 / 10511

21 Oktyabr 2014, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

21 Oktyabr 2014, 09:10

N.Ə. İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

21 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gəlirlərə vəəmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

21 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsindəəməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

21 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsindəəməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

21 Oktyabr 2014, 09:10

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

21 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikası Hökuməti və SəudiyyəƏrəbistanı Krallığı Hökuməti arasında gəlirlərə vəəmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə   ətraflı...

21 Oktyabr 2014, 09:10

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında   ətraflı...

21 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

21 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikasının Prezidenti və Fransa Respublikasının Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında   ətraflı...