“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345; 2019, №12, maddə 1881) aşağıdakı dəyişikliklər edilsin:
1. 13-2-ci maddə üzrə:
1.1. maddənin adında “ehtiyatında” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsində” sözləri əlavə edilsin;
1.2. 13-2.3-cü maddədə “sahibi” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” sözləri, “ehtiyatında” sözündən sonra “(informasiya-telekommunikasiya şəbəkəsində)” sözləri əlavə edilsin;
1.3. Aşağıdakı məzmunda 13-2.3.10-1-ci maddə əlavə edilsin:
“13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar;”.
2. 13-4-cü maddənin mətnində “provayderlər” sözündən sonra “, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2020-ci il.
20 Mart 2020, 10:0320 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında ətraflı...
20 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
18 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
18 Sentyabr 2017, 09:09
M.V.Ocaqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
18 Sentyabr 2017, 09:09
5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı ətraflı...
18 Sentyabr 2017, 09:09
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ətraflı...
18 Sentyabr 2017, 09:09
“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında ətraflı...
14 Sentyabr 2017, 09:09
X.M.İbrahimovanın Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
14 Sentyabr 2017, 09:09
2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında ətraflı...