“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №1, maddə 2; 2007, №5, maddə 436; 2008, №5, maddə 348; 2009, №10, maddə 768; 2010, №5, maddə 374; 2011, №4, maddə 263; 2012, №6, maddə 505) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin on ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:
“su təsərrüfatı pasportu – əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, su təchizatı və kanalizasiya obyektinin fəaliyyət, istismar və texniki xüsusiyyətlərindən asılı olaraq istifadə etdikləri (edəcəkləri) suyun, kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq) tullantı sularının normativ həcmini və tərkibindəki çirkləndirici maddələrin yol verilən qatılıq həddini müəyyənləşdirən texniki sənəddir.”.
2. 2-ci maddədə “əhalinin, müəssisə, idarə və təşkilatların” sözləri “istehlakçıların” sözü ilə əvəz edilsin.
3. 12-ci maddənin “a” yarımbəndində “lazımi miqdarda” sözləri çıxarılsın, “məqsədlər üçün” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda” sözləri əlavə edilsin.
4. 20-ci maddənin 1-ci hissəsində “lazımi” sözü “bu Qanunun 12-ci maddəsinin “a” yarımbəndinə uyğun olaraq müəyyən edilən” sözləri ilə əvəz edilsin.
5. 23-cü maddə üzrə:
5.1. 2-ci hissənin “a” yarımbəndinə “məlumatların” sözündən sonra “, habelə su təsərrüfatı pasportunun” sözləri əlavə edilsin;
5.2. 5-ci hissəyə “verilməsi” sözündən sonra “, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması” sözləri əlavə edilsin.
6. 24-cü maddənin 1-ci hissəsinin “c” yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “d” yarımbəndi əlavə edilsin:
“d) su təsərrüfatı pasportunun tərtib edilməsini.”.
7. 37-ci maddənin 1-ci hissəsinin “a” yarımbəndinə “müraciət etməli” sözlərindən sonra “, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli” sözləri əlavə edilsin.
8. 38-ci maddənin 1-ci hissəsinin “a” yarımbəndinin birinci cümləsinə “(layihəsini)” sözündən sonra “və su təsərrüfatı pasportunu” sözləri, üçüncü cümləsində “təsdiqlənmiş plana” sözlərindən sonra “və razılaşdırılmış su təsərrüfatı pasportuna” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2014-cü il.
1 İyul 2014, 09:07
24 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Oktyabr 2018, 08:10
“Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Oktyabr 2018, 08:10
Qobustan rayonunun Qobustan–Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 Oktyabr 2018, 08:10
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Oktyabr 2018, 08:10
“Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Oktyabr 2018, 08:10
“İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
23 Oktyabr 2018, 08:10
İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Oktyabr 2018, 08:10
İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
22 Oktyabr 2018, 08:10
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1281-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...