Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 31-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilsin.

2. Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında aşağıdakı dövlət orqanları yaradılsın:

2.1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

2.3. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq əsasnamələri təsdiq edilənədək Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də müvafiq hissələrdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. “Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında” qanun layihəsini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2020-ci il.

17 Mart 2020, 08:03

http://www.azertag.az

9161—9170 / 10511

26 Noyabr 2014, 09:11

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 04 saylı müraciətə baxılmasına dair   ətraflı...

26 Noyabr 2014, 09:11

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 06 saylı müraciətə baxılmasına dair   ətraflı...

26 Noyabr 2014, 09:11

Mərkəzi Seçki Komissiyasının 21 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

25 Noyabr 2014, 09:11

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında   ətraflı...

25 Noyabr 2014, 09:11

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Mladen İvaniçə   ətraflı...

24 Noyabr 2014, 09:11

Rumıniyanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Klaus İohannisə   ətraflı...

24 Noyabr 2014, 09:11

Livan Respublikası Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Tammam Salama   ətraflı...

24 Noyabr 2014, 09:11

Председателю Совета Министров Ливанской Республики Его превосходительству господину Таммаму Саламу   ətraflı...

24 Noyabr 2014, 09:11

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1071-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

24 Noyabr 2014, 09:11

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...