Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli və “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 634; 2016, № 6, maddə 1067, № 11, maddə 1841; 2018, № 9, maddə 1840) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Fərmanın adında, preambulasında (ikinci halda) və 1-ci hissəsində “Respublikası” sözü “Respublikasının” sözü ilə və “Nazirliyinin” sözü “Nazirliyi yanında” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə” üzrə:

1.2.1. adında və 1-ci hissəsində “Respublikası” sözü “Respublikasının” sözü ilə və “Nazirliyinin” sözü “Nazirliyi yanında” sözləri ilə əvəz edilsin;

1.2.2. aşağıdakı məzmunda 9.6-1-ci bənd əlavə edilsin:

“9.6-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunu uçota almaq;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.15-1-ci yarımbənd əlavə edilsin:

“3.0.15-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun uçota alınmasını təşkil etmək;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2020-ci il.

12 Mart 2020, 07:03

http://www.azertag.az

4721—4730 / 10511

30 Oktyabr 2017, 05:10

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

Ə.C.Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

T.B.İsgəndərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

H.M.Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

M.C.Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

R.C.Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

27 Oktyabr 2017, 05:10

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

26 Oktyabr 2017, 09:10

Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

25 Oktyabr 2017, 09:10

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...