Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 24 iyun tarixli 978 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 4 avqust tarixli 1007 nömrəli, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2017-ci il 21 fevral tarixli 1254 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1074; 2017, № 7, maddə 1371) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.15.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.15.7. Akademiyanın hərbi qulluqçularına və işçilərinə elmi və elmi-pedaqoji fəaliyyətə görə elmi adların verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq vəsatət qaldırır;”;

1.2. 4.15.9-cu yarımbənddə “təsdiq” sözü “müəyyən” sözü ilə əvəz edilsin;

1.3. 8.22-ci bənddən “ixtisaslaşdırılmış” sözü çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1368; 2017, № 7, maddə 1372) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.13.7-ci yarımbənddə “elmi-pedaqoji əməkdaşlarına” sözləri “əməkdaşlarına elmi və elmi-pedaqoji fəaliyyətə görə” sözləri ilə əvəz edilsin;

2.2. 4.13.8-ci yarımbənddə “təsdiq” sözü “müəyyən” sözü ilə əvəz edilsin;

2.3. 8.11-ci bənddə “2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə” sözləri “2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə” sözləri ilə əvəz edilsin;

2.4. 8.19-cu bənddən “ixtisaslaşdırılmış” sözü çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 198; 2019, № 3, maddə 404, № 7, maddə 1230) ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin 5.4-cü bəndində “elmi adlara təqdim etmək” sözləri “elmi adlar verilməsinə dair vəsatət qaldırmaq” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2020-ci il.

28 Fevral 2020, 08:02

http://www.azertag.az

8681—8690 / 10511

24 Fevral 2015, 09:02

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri"ndə dəyişiklik edilməsi barədə   ətraflı...

24 Fevral 2015, 09:02

“1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında   ətraflı...

24 Fevral 2015, 09:02

Ə.M.Həsənovun Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında   ətraflı...

23 Fevral 2015, 09:02

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında   ətraflı...

20 Fevral 2015, 09:02

“Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə   ətraflı...

20 Fevral 2015, 09:02

Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

20 Fevral 2015, 09:02

“Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstanın Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

20 Fevral 2015, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

20 Fevral 2015, 09:02

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

20 Fevral 2015, 09:02

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsindəəməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...