“Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2020-ci il.

13 Fevral 2020, 08:02

http://www.azertag.az

7771—7780 / 10511

16 Noyabr 2015, 09:11

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

16 Noyabr 2015, 09:11

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1353 IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

16 Noyabr 2015, 09:11

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

16 Noyabr 2015, 09:11

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1354 IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

16 Noyabr 2015, 09:11

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

16 Noyabr 2015, 09:11

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1355 IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

16 Noyabr 2015, 09:11

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

16 Noyabr 2015, 09:11

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1356 IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

16 Noyabr 2015, 09:11

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

16 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1360-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...