“Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 493, № 10, maddə 968; 2006, № 7, maddə 588, № 9, maddə 743; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 233; 2010, № 2, maddə 80, № 7, maddə 620; 2012, № 12, maddə 1291; 2013, № 3, maddə 292; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2015, № 8, maddə 957; 2016, № 5, maddə 861, № 9, maddə 1518; 2017, № 11, maddə 2124; 2018, № 8, maddələr 1677, 1715; 2019, № 2, maddə 294) 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş Nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan–Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini
Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Energetika nazirinin müavini
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini
Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman)
Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri.”.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Avropa İttifaqı tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2020-ci il.
12 Fevral 2020, 08:0230 Oktyabr 2013, 08:10
Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 İyul 2013, 09:07
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
5 İyul 2013, 09:07
Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
5 İyul 2013, 09:07
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 İyul 2013, 09:07
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 İyul 2013, 09:07
Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2013, 09:06
“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi ba ətraflı...
25 İyun 2013, 09:06
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Dekabr 2012, 16:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezi ətraflı...
26 Dekabr 2012, 14:12
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı ətraflı...