Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ilin noyabr ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Ölkənin qocaman ali təhsil müəssisələrindən biri kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti zəngin inkişaf yolu keçmiş, ötən müddət ərzində xeyli sayda peşəkar neftçi və mühəndis, eləcə də dünyanın onlarla ölkəsi üçün neft mühəndisi və elmi kadrlar hazırlamışdır. Respublikada uzun illər iqtisadiyyatın davamlı yüksəlişinə töhfələr vermiş bu elm və təhsil ocağı müstəqil Azərbaycanın neft strategiyasının müvəffəqiyyətlə gerçəkləşdirilməsində mühüm xidmətlər göstərmişdir. Universitetin qabaqcıl alim və mütəxəssislərinin, professor-müəllim heyətinin yaxından köməyi ilə keçmiş sovetlər birliyində və bir sıra xarici ölkələrdə neft-qaz profilli ali məktəblər təsis edilmişdir. Onun çoxsaylı məzunları arasında tanınmış dövlət xadimləri və görkəmli alimlər vardır.

Fəaliyyətini müasir Azərbaycan təhsilinin strateji hədəflərinə uyğun quran və keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Universitet bu gün də ölkəmizin sənayesi və iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik ixtisaslar üzrə rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi işində öz vəzifələrinin öhdəsindən layiqincə gəlir. Beynəlxalq təhsil məkanına inteqrasiya yolu seçməklə dünyanın aparıcı ali məktəbləri ilə qurduğu qarşılıqlı əlaqələr, habelə ikili diplom proqramlarının tətbiqi Universitetdə görülmüş işlərin uğurlu nəticələrindəndir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ölkədə yüksəkixtisaslı peşəkar kadr potensialının formalaşdırılması sahəsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2020-ci il.

7 Fevral 2020, 08:02

http://www.azertag.az

9731—9740 / 10511

10 İyul 2014, 09:07

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 988-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 994-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1011-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında   ətraflı...

10 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 992-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1007-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

10 İyul 2014, 09:07

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...