Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2020-ci ilin noyabr ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.
Ölkənin qocaman ali təhsil müəssisələrindən biri kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti zəngin inkişaf yolu keçmiş, ötən müddət ərzində xeyli sayda peşəkar neftçi və mühəndis, eləcə də dünyanın onlarla ölkəsi üçün neft mühəndisi və elmi kadrlar hazırlamışdır. Respublikada uzun illər iqtisadiyyatın davamlı yüksəlişinə töhfələr vermiş bu elm və təhsil ocağı müstəqil Azərbaycanın neft strategiyasının müvəffəqiyyətlə gerçəkləşdirilməsində mühüm xidmətlər göstərmişdir. Universitetin qabaqcıl alim və mütəxəssislərinin, professor-müəllim heyətinin yaxından köməyi ilə keçmiş sovetlər birliyində və bir sıra xarici ölkələrdə neft-qaz profilli ali məktəblər təsis edilmişdir. Onun çoxsaylı məzunları arasında tanınmış dövlət xadimləri və görkəmli alimlər vardır.
Fəaliyyətini müasir Azərbaycan təhsilinin strateji hədəflərinə uyğun quran və keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Universitet bu gün də ölkəmizin sənayesi və iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik ixtisaslar üzrə rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi işində öz vəzifələrinin öhdəsindən layiqincə gəlir. Beynəlxalq təhsil məkanına inteqrasiya yolu seçməklə dünyanın aparıcı ali məktəbləri ilə qurduğu qarşılıqlı əlaqələr, habelə ikili diplom proqramlarının tətbiqi Universitetdə görülmüş işlərin uğurlu nəticələrindəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ölkədə yüksəkixtisaslı peşəkar kadr potensialının formalaşdırılması sahəsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2020-ci il.
7 Fevral 2020, 08:0230 Mart 2018, 08:03
Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Mart 2018, 08:03
“Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Mart 2018, 08:03
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 noyabr tarixli 652 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Mart 2018, 08:03
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublıkasının Qanunu ətraflı...
30 Mart 2018, 08:03
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1029-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Mart 2018, 08:03
“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Mart 2018, 08:03
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Mart 2018, 08:03
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Mart 2018, 08:03
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
30 Mart 2018, 08:03
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1035-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...