“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında nəqliyyat sahəsindəəməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında” 2014-cü il aprelin 25-də Vyana şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avstriya Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyun 2014-cü il.

30 İyun 2014, 09:06

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...