Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2020-ci ilin yanvar ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) anadan olmasının 100 illiyi tamam olur.
Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı vermişdir. Aktrisa “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanmış, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan mədəniyyətinin inkişafına töhfələrini nəzərə alaraq, görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2019-cu il.
30 Dekabr 2019, 07:127 Dekabr 2016, 09:12
İ.B.Vahabzadənin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında ətraflı...
7 Dekabr 2016, 09:12
Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...
6 Dekabr 2016, 09:12
Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
2 Dekabr 2016, 09:12
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
2 Dekabr 2016, 09:12
Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında ətraflı...
2 Dekabr 2016, 09:12
“Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” beynəlxalq konfransının iştirakçılarına ətraflı...
2 Dekabr 2016, 09:12
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
2 Dekabr 2016, 09:12
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında ətraflı...
1 Dekabr 2016, 10:12
Dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi Qaydası ətraflı...
1 Dekabr 2016, 10:12
“Dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında ətraflı...