“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1.3 – 1.1.6-cı, 1.1.9-cu, 1.2.2-ci, 1.2.4-cü, 1.3.3-cü, 1.3.4-cü, 1.3.6-cı yarımbəndlər, 2-ci, 3-cü və 4-cü hissələr, 5.1.1 – 5.1.4-cü, 5.1.6-cı yarımbəndlər ləğv edilsin;
1.2. 1.1.7-ci yarımbənddə “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü ilə əvəz edilsin;
1.3. 1.3.1-ci yarımbənddə “tibb təchizatçıları və ya tibbi ərazi bölmələri” sözləri “tibb müəssisələri” sözləri ilə əvəz edilsin;
1.4. 1.3.2-ci yarımbənddən “statistik məlumatların təqdim edilməsi və” sözləri çıxarılsın;
1.5. 1.3.5-ci yarımbənddə “tibbi ərazi bölməsinə” sözləri “dövlət tibb müəssisəsinə” sözləri ilə əvəz edilsin;
1.6. 1.3.7-ci yarımbənddə “iqtisadi” sözü “tibbi-iqtisadi” sözləri ilə əvəz edilsin;
1.7. 6.1-ci, 6.2-ci, 6.3-cü, 6.8-ci, 6.9-cu, 6.10-cu, 6.12-ci və 6.13-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“6.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 1.0.13-cü, 1.0.14-cü, 7.2-ci, 15-2.2.1-ci, 15-3.1– 15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-ci, 15-6.2-ci, 15-6.3-cü, 15-7.1.3-cü, 15-7.1.4-cü, 15-7.2.4-cü, 15-7.2.5-ci, 15-9.1.8-ci, 15-9.1.11-ci maddələrində, 15-9.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 15-10.1.2-ci, 15-10.2-ci (hər iki halda), 15-11.2-ci, 15-11.3-cü, 15-11.4-cü, 15-11.5-ci, 15-11.7-ci, 15-11.9-cu, 15-13.1-ci, 15-13.2-ci, 15-14-cü, 15-15.1-ci, 15-15.2-ci, 15-16.0-cı, 15-17.3-cü, 15-17.4-cü, 15-18.2-ci, 15-19-cu, 15-20.1-ci, 15-21.1.3-cü, 15-21.1.4-cü maddələrində, 15-21.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 15-21.5-ci, 15-23.2-ci, 15-24.1-ci, 15-24.2-ci, 15-25.1-ci, 15-26.1-ci maddələrində, 15-26.3-cü və 15-26.4-cü maddələrinin ikinci cümlələrində, 15-27.1-ci, 15-27.2-ci, 16-1.1-ci, 16-1.2-ci maddələrində, 16-3-cü maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində, 16-4.1-ci və 16-4.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
6.2. həmin Qanunun 15-2.2.1-ci, 15-9.1.11-ci, 15-10.1.2-ci, 15-21.1.4-cü maddələrində və 15-21.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
6.3. həmin Qanunun 15-3.1-ci, 15-6.3-cü, 15-9.1.8-ci, 15-11.9-cu, 15-13.2-ci, 15-15.1-ci, 15-15.2-ci, 15-17.3-cü, 15-17.4-cü, 15-19-cu, 15-21.5-ci, 15-23.2-ci, 15-24.2-ci, 15-25.1-ci maddələrində, 15-26.3-cü və 15-26.4-cü maddələrinin ikinci cümlələrində, 15-27.2-ci, 16-4.1-ci və 16-4.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
“6.8. həmin Qanunun 15-11.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
6.9. həmin Qanunun 15-11.3-cü, 15-11.4-cü, 15-11.5-ci, 15-11.7-ci və 15-24.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
6.10. həmin Qanunun 15-6.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (həmin Qanunun 15-2.2.1-ci maddəsinə münasibətdə) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (həmin Qanunun 15-2.2.2-ci və 15-2.2.3-cü maddələrinə münasibətdə) nəzərdə tutulur;”;
“6.12. həmin Qanunun 1.0.5-ci, 1.0.13-cü, 15-3.2-ci, 15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-ci, 15-7.1.3-cü, 15-7.1.4-cü, 15-7.2.4-cü, 15-7.2.5-ci, 15-10.2-ci (ikinci halda), 15-13.1-ci, 15-14-cü, 15-16.0-cı, 15-18.2-ci, 15-20.1-ci, 15-21.1.3-cü maddələrində, 15-21.3-cü maddəsinin birinci cümləsində, 15-26.1-ci, 15-27.1-ci, 16-1.1-ci və 16-1.2-ci maddələrində “orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;
6.13. həmin Qanunun 1.0.14-cü maddəsində “orqan (qurum)” dedikdə tabeliyindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;
1.8. 6.4-cü və 6.7-ci bəndlərdə “Respublikası Prezidentinin Xüsusi” sözləri “Respublikasının Xüsusi” sözləri ilə əvəz edilsin;
1.9. aşağıdakı məzmunda 6.14 – 6.17-ci bəndlər əlavə edilsin:
“6.14. həmin Qanunun 15-9.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur;
6.15. həmin Qanunun 15-9.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;
6.16. həmin Qanunun 15-9.2-ci maddəsinin birinci cümləsində “orqanın (qurumun) maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazaları nəzərdə tutulur;
6.17. həmin Qanunun 15-9.2-ci maddəsinin birinci cümləsində “orqanın (qurumun) işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçiləri nəzərdə tutulur.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-17.4-cü maddəsinə uyğun olaraq, xidmətlər zərfini on gün müddətində müəyyən etsin;
2.2. həmin Qanunun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığını üç gün müddətində müəyyən etsin;
2.3. üç ay müddətində:
2.3.1. həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş “orqan (qurum)” ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3.2. həmin Qanunun 15-6.3-cü maddəsinə uyğun olaraq, sığortaolunanların fərdi uçotunun aparılması qaydasını müəyyən etsin;
2.3.3. həmin Qanunun 15-9.1.8-ci maddəsinə uyğun olaraq, borcun cəlb edilməsi qaydasını müəyyən etsin;
2.3.4. həmin Qanunun 15-13.2-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta şəhadətnaməsinin nümunəvi formasını müəyyən etsin;
2.3.5. həmin Qanunun 15-15.1-ci maddəsinə uyğun olaraq, şəxslərin dövlət tibb müəssisəsinə təhkim olunması qaydasını müəyyən etsin;
2.3.6. həmin Qanunun 15-17.3-cü maddəsinə uyğun olaraq, tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydasını müəyyən etsin;
2.3.7. həmin Qanunun 15-21.5-ci maddəsinə uyğun olaraq, sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə qaydasını müəyyən etsin;
2.3.8. həmin Qanunun 15-23.2-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydasını müəyyən etsin;
2.3.9. həmin Qanunun 15-24.2-ci maddəsinə uyğun olaraq, sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət qaydasını müəyyən etsin;
2.3.10. həmin Qanunun 16-4.2-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının mərhələli şəkildə ödənilməsi qaydasını müəyyən etsin;
2.4. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin;
2.5. bu Fərmanın 2.1 – 2.3-cü bəndlərində (2.3.1-ci yarımbənd istisna olmaqla) nəzərdə tutulan tapşırıqların icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2.2-ci bəndi ilə müəyyən ediləcək icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq əhalinin sayına müvafiq hesablanmış sığorta haqqının, habelə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə əsasən icbari tibbi sığortanın mərhələli tətbiqini nəzərə alaraq icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-11.3-cü, 15-11.4-cü, 15-11.5-ci və 15-11.7-ci maddələrinə uyğun olaraq, bəyannamənin formasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin.
5. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:
5.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə uyğun olaraq, tibbi ərazi bölmələrinin formalaşdırılmasını bir ay müddətində təmin etsin;
5.2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
6. Bu Fərmanın 1-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2019-cu il.
25 Dekabr 2019, 08:121 Fevral 2022, 08:02
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2007-ci il 26 fevral tarixli 532 nömrəli və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Yanvar 2022, 16:01
Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Yanvar 2022, 14:01
Kunio Mikuriyanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Yanvar 2022, 07:01
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Yanvar 2022, 07:01
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 433-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
27 Yanvar 2022, 07:01
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
25 Yanvar 2022, 14:01
“Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Yanvar 2022, 15:01
“Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Yanvar 2022, 15:01
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Yanvar 2022, 15:01
“Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...