Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur.Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmiş Əlibaba Məmmədovun anadan olmasının 90-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2019-cu il.

6 Dekabr 2019, 07:12

http://www.azertag.az

4351—4360 / 10511

20 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə   ətraflı...

20 Dekabr 2017, 09:12

1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılması barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında notalar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi haqqında   ətraflı...

20 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə   ətraflı...

20 Dekabr 2017, 09:12

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) NİZAMNAMƏSİ   ətraflı...

20 Dekabr 2017, 09:12

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında   ətraflı...

20 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

20 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Dekabr 2017, 09:12

Azərbaycan memarlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

20 Dekabr 2017, 09:12

Azərbaycan memarlarına “Əməkdar memar” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Dekabr 2017, 09:12

Azərbaycan memarlarına “Əməkdar memar” fəxri adının verilməsi haqqında   ətraflı...