Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur.Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmiş Əlibaba Məmmədovun anadan olmasının 90-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2019-cu il.

6 Dekabr 2019, 07:12

http://www.azertag.az

2211—2220 / 10511

12 Mart 2020, 07:03

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli və “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Mart 2020, 07:03

S.Ə.Qafarovanın Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

11 Mart 2020, 07:03

A.A.Əliyevin Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

11 Mart 2020, 07:03

Ə.M.Hüseynlinin Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

11 Mart 2020, 07:03

F.F.İbrahimlinin Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

11 Mart 2020, 07:03

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

11 Mart 2020, 07:03

Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

11 Mart 2020, 07:03

Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının təşkil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

11 Mart 2020, 07:03

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

11 Mart 2020, 07:03

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...