Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilsin və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı bir ay müddətində:

2.1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunlarında və digər qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. müvafiq təhvil-təslim işlərinin həyata keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2019-cu il.

29 Noyabr 2019, 08:11

http://www.azertag.az

8211—8220 / 10511

3 Sentyabr 2015, 09:09

Mərkəzi Seçki Komissiyasının 29 avqust 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

3 Sentyabr 2015, 09:09

Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında   ətraflı...

3 Sentyabr 2015, 09:09

İ.A.Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

3 Sentyabr 2015, 09:09

Z.F.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

3 Sentyabr 2015, 09:09

E.Ə.Əzizovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

3 Sentyabr 2015, 09:09

A.Y.Əsgərovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

3 Sentyabr 2015, 09:09

A.Y.Əsgərovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

3 Sentyabr 2015, 09:09

N.M.Məhəməliyevin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

3 Sentyabr 2015, 09:09

Z.F.Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

3 Sentyabr 2015, 09:09

E.Ə.Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...