Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 21) aşağıdakı dəyişikliklər edilsin:

1.1. mətndə ismin müvafiq hallarında verilmiş “maddə” sözü “hissə” sözü ilə, “SGGD” abreviaturası “SM” abreviaturası ilə əvəz edilsin;

1.2. 14-cü hissədə “sərhəd gözətçi gəmilər dəstəsinin” sözləri “sahil müha­fi­zə­sinin” sözləri ilə əvəz edilsin;

1.3. 2-ci fəslin adında “Sərhəd gözətçi gəmilər dəstəsindən” sözləri “Sahil Mühafizəsindən” sözləri ilə əvəz edilsin;

1.4. 27-ci hissədə:

1.4.1. “Yay paltarı” bəndində “(şək. 47-48)” sözləri “(şəkil 47, 47-1, 48, 110)” sözləri ilə əvəz edilsin;

1.4.2. “Yay paltarı” bəndinə aşağıdakı məzmunda doqquzuncu və onuncu yarımbəndlər əlavə edilsin:

“Beret – yaşıl rəngli (çevik hərəkət bölmələrinin hərbi qulluqçuları üçün).

Yay tuflisi – qara rəngli (ali zabitlər üçün).”;

1.4.3. “Qış paltarı” bəndində “(şək. 49-50)” sözləri “(şəkil 49, 49-1, 49-2, 50, 110-1, 110-2)” sözləri ilə əvəz edilsin;

1.4.4. “Qış paltarı” bəndinə aşağıdakı məzmunda on üçüncü, on dördüncü və on beşinci yarımbəndlər əlavə edilsin:

“Beret – yaşıl rəngli (çevik hərəkət bölmələrinin hərbi qulluqçuları üçün).

Xüsusi istiləşdirilmiş qış gödəkcəsi, kombinezonla – kamuflyaj rəngli.

Qış tuflisi – qara rəngli (ali zabitlər üçün).”;

1.5. 29-cu hissənin “Yay paltarı” bəndində “(şək. 51)” sözləri “(şəkil 51, 51-1)” sözləri ilə, “Qış paltarı” bəndində “(şək. 52)” sözləri “(şəkil 52, 52-1)” sözləri ilə əvəz edilsin;

1.6. 31-ci hissədə:

1.6.1. “Yay paltarı” bəndində “(şək. 53)” sözləri “(şəkil 53, 53-1, 54, 54-1, 55, 55-1, 56, 56-1, 56-2)” sözləri ilə əvəz edilsin;

1.6.2. “Qış paltarı” bəndində “(şək. 57-58)” sözləri “(şəkil 57, 57-1, 58, 58-1)” sözləri ilə əvəz edilsin;

1.7. 33-cü hissənin birinci bəndinə “tərkibi və təsviri” sözlərindən sonra “(şəkil 58-2, 58-3)” sözləri əlavə edilsin;

1.8. aşağıdakı məzmunda 33-1-ci hissə əlavə edilsin:

“33-1. DSX-nin Akademiyasının dənizçi ixtisasları üzrə təhsil alan kursantlarının geyim formasına aid əşyaların tərkibi və təsviri (şəkil 58-4, 58-5, 58-6, 58-7, 58-8, 58-9, 58-10, 58-11, 58-12, 58-13, 58-14, 58-15) DSX-nin SM-in zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının geyim formasının tərkibi və müvafiq əşyalarının təsviri kimidir (bu Əsasnamənin 5-ci fəsli).”;

1.9. aşağıdakı məzmunda 3-1-ci fəsil əlavə edilsin:

“3-1-ci fəsil

DSX-nin Xüsusi Məktəbinin şagirdlərinin geyim forması

(xüsusi geyimdən başqa)

33-2. DSX-nin Xüsusi Məktəbinin şagirdlərinin geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları aiddir:

33-2.1. Yay paltarı

(şəkil 58-16, 58-17, 58-18, 58-19, 58-20, 58-21, 58-22)

33-2.1.1. furajka (pilotka) – dəniz dalğası rəngli;

33-2.1.2. kitel – dəniz dalğası rəngli;

33-2.1.3. şalvar – dəniz dalğası rəngli (kənarlarında qırmızı rəngli kant);

33-2.1.4. şalvar qayışı – qara rəngli;

33-2.1.5. köynək – ağ rəngli;

33-2.1.6. qalstuk – dəniz dalğası rəngli, qızılı rəngli sıxacla;

33-2.1.7. jilet – dəniz dalğası rəngli;

33-2.1.8. yarımyun köynək – dəniz dalğası rəngli (yaxası üçbucaq şəkilli);

33-2.1.9. corab – qara rəngli;

33-2.1.10. yay tuflisi – qara rəngli;

33-2.2. Qış paltarı (şəkil 58-23, 58-24, 58-25)

33-2.2.1. istiləşdirilmiş kepi – dəniz dalğası rəngli, xəzdən;

33-2.2.2. gödəkcə – dəniz dalğası rəngli (istiləşdirilmiş, xəz boyunluqlu);

33-2.2.3. demisezon gödəkcə – dəniz dalğası rəngli;

33-2.2.4. kitel – dəniz dalğası rəngli;

33-2.2.5. şalvar – dəniz dalğası rəngli (kənarlarında qırmızı rəngli kant);

33-2.2.6. şalvar qayışı – qara rəngli;

33-2.2.7. köynək – ağ rəngli;

33-2.2.8. yarımyun köynək – dəniz dalğası rəngli (yaxası boyunluqlu);

33-2.2.9. qalstuk – dəniz dalğası rəngli, qızılı rəngli sıxacla;

33-2.2.10. əlcək – qara rəngli;

33-2.2.11. şərf – dəniz dalğası rəngli;

33-2.2.12. corab – qara rəngli;

33-2.2.13. qış tuflisi – qara rəngli.”;

1.10. 34-cü hissənin dördüncü bəndindən “(şək. 114-117)” sözləri çıxarılsın;

1.11. aşağıdakı məzmunda 39-1-ci hissə əlavə edilsin:

“39-1. DSX-nin SM-in hərbi qulluqçularının səhra geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları aiddir:

39-1.1. Yay paltarı (şəkil 108-1)

39-1.1.1. yay furajkası – göy rəngli;

39-1.1.2. yay gödəkcəsi – göy rəngli;

39-1.1.3. yay şalvarı – göy rəngli;

39-1.1.4. şalvar qayışı – göy rəngli;

39-1.1.5. qısaqol mayka – qara (göy zolaqlı) rəngli, alt paltarları tərkibində;

39-1.1.6. bel kəməri – göy rəngli;

39-1.1.7. corab – qara rəngli;

39-1.1.8. uzunboğaz botinka – qara rəngli;

39-1.2. Qış paltarı (şəkil 109-1)

39-1.2.1. qulaqlı papaq – göy rəngli xəzdən (ali zabitlər üçün qara rəngli təbii qaragül dərisindən), yaxud göy rəngli qış furajkası – parçadan;

39-1.2.2. istiləşdirilmiş qış gödəkcəsi – göy rəngli;

39-1.2.3. qış gödəkcəsi – göy rəngli;

39-1.2.4. qış şalvarı (istiləşdirilmiş) – göy rəngli;

39-1.2.5. şalvar qayışı – göy rəngli;

39-1.2.6. uzunqol mayka – qara (göy zolaqlı) rəngli, alt paltarları tərkibində;

39-1.2.7. bel kəməri – göy rəngli;

39-1.2.8. əlcək – qara rəngli;

39-1.2.9. şərf – göy rəngli;

39-1.2.10. corab – qara rəngli;

39-1.2.11. uzunboğaz botinka – qara rəngli;”;

1.12. aşağıdakı məzmunda 6-1-ci fəsil əlavə edilsin:

 

“6-1-ci fəsil

DSX-nin Hərbi Orkestri hərbi qulluqçularının mərasim geyim forması

43-2. DSX-nin Hərbi Orkestri hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir (şəkil 122-1):

43-2.1. furajka – dəniz dalğası rəngli;

43-2.2. kitel – dəniz dalğası rəngli (yaxasında sarı rəngli naxış, akselbantla);

43-2.3. şalvar – dəniz dalğası rəngli (kənarlarında sarı rəngli kant);

43-2.4. şalvar qayışı – qara rəngli;

43-2.5. köynək – ağ rəngli;

43-2.6. qalstuk – dəniz dalğası rəngli, qızılı rəngli sıxacla;

43-2.7. əlcək – ağ rəngli;

43-2.8. corab – qara rəngli;

43-2.9. yay tuflisi – qara rəngli.

43-3. Hərbi Orkestrin hərbi qulluqçularının mərasim geyim formasına aid əşyaların təsviri DSX-nin (SM-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasına aid müvafiq əşyaların təsviri kimidir (bu Əsasnamənin 24-cü maddəsi).”;

1.13. 41-ci hissənin yeddinci bəndində “Sərhəd Gözətçi Gəmilər Dəstəsi” sözləri “Sahil Mühafizəsi” sözləri ilə əvəz edilsin;

1.14. 48-ci hissənin ikinci bəndində:

1.14.1. “(şək. 118-120)” sözləri “(şəkil 118, 118-1, 118-2, 119, 120)” sözləri ilə əvəz edilsin;

1.14.2. aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“DSX-nin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında prokurorluğun müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. DSX-nin tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir.”;

1.15. 53-cü hissənin dördüncü bəndində “şəkil 115-dəki” sözləri “114-cü şəkildəki” sözləri ilə, beşinci bəndində “şəkil 116-dakı” sözləri “115-ci şəkildəki” sözləri ilə, altıncı və yeddinci bəndlərində “(şək. 117)” sözləri “(şəkil 116)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 21) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nə 47-1, 49-1, 49-2, 51-1, 52-1, 53-1, 54-1, 55-1, 56-1, 56-2, 57-1, 58-1, 58-2, 58-3, 58-4, 58-5, 58-6, 58-7, 58-8, 58-9, 58-10, 58-11, 58-12, 58-13, 58-14, 58-15, 58-16, 58-17, 58-18, 58-19, 58-20, 58-21, 58-22, 58-23, 58-24, 58-25, 108-1, 109-1, 110-1, 110-2, 118-1, 118-2 və 122-1 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 iyun 2014-cü il.

30 İyun 2014, 09:06

http://www.azertag.net

761—770 / 10511

5 Aprel 2022, 16:04

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2007-ci il 9 noyabr tarixli 647 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli və “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2022, 16:04

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” 1999-cu il 9 dekabr tarixli 224 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi barədə” 2012-ci il 1 noyabr tarixli 718 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2022, 16:04

Azərbaycan Respublikası Prezidentinin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 11 mart tarixli 1890 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 334 nömrəli sərəncamlarında dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin əməkhaqlarının müəyyən edilməsi haqqında” 2008-ci il 8 fevral tarixli 2673 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin əməkhaqlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 fevral tarixli 2673 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli 169 nömrəli sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2022, 16:04

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2007-ci il 12 noyabr tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında” 2014-cü il 7 may tarixli 160 nömrəli fərmanlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2022, 16:04

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2022, 15:04

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2022, 15:04

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2022, 08:04

İ.Ə.Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Aprel 2022, 08:04

İ.H.Kərimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Aprel 2022, 08:04

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...