“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin Qanunun 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (birinci halda), 7.14-cü (ikinci halda), 9.1-ci, 13.5-ci (ikinci halda), 13.9-cu, 13.10-cu (ikinci halda), 13.12-ci, 14.9-cu, 15.1-ci, 16.1-ci maddələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar (qurumlar) müəyyən edildikdən sonra üç ay müddətində:

1.4.1. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrinə uyğun olaraq, texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydalarının layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4.2. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin formasını, hazırlanması və təqdim edilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.3. həmin Qanunun 13.10-cu maddəsinə uyğun olaraq, uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.4. həmin Qanunun 13.11-ci maddəsinə uyğun olaraq, texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.4.5. həmin Qanunun 13.14-cü maddəsinə uyğun olaraq, uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.6. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.4.7. həmin Qanunun 16.3-cü maddəsinə uyğun olaraq, məlumat mərkəzinin yaradılması və fəaliyyət qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələri (halları) müəyyənləşdirəcəyi təqdirdə bununla bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci, 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (hər iki halda), 7.12-ci, 7.14-cü (hər iki halda), 9.1-ci, 10.1-ci (hər iki halda), 10.3-cü, 12.3-cü, 13.5-ci (hər iki halda), 13.9-cu, 13.10-cu (hər iki halda), 13.11-ci, 13.12-ci, 13.14-cü, 14.9-cu, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 7.1-ci, 7.11-ci (ikinci halda), 7.14-cü (birinci halda), 10.1-ci (hər iki halda), 12.3-cü, 13.5-ci (birinci halda), 13.10-cu (birinci halda), 13.11-ci, 13.14-cü, 15.2-ci, 16.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2019-cu il.

27 Noyabr 2019, 08:11

http://www.azertag.az

5931—5940 / 10511

10 Yanvar 2017, 10:01

Q.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

6 Yanvar 2017, 09:01

Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

5 Yanvar 2017, 10:01

Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair “Maliyyələşdirmə Sazişi”nin təsdiqi barədə   ətraflı...

5 Yanvar 2017, 10:01

Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası   ətraflı...

30 Dekabr 2016, 09:12

“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

S.H.Hacıyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

30 Dekabr 2016, 09:12

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında   ətraflı...

29 Dekabr 2016, 10:12

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi   ətraflı...