“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini, habelə Ələt azad iqtisadi zonasının idarə edilməsini və inkişafını təmin etmək məqsədilə qərara alıram:
1. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1197) 2-ci hissəsində “və 19.1-ci maddəsində” sözləri “, 19.1-ci və 32-ci maddələrində” sözləri ilə əvəz edilsin.
2. Ələt azad iqtisadi zonasının (bundan sonra – Azad Zona) müvəqqəti idarəetmə qurumu yaradılsın.
3. Müəyyən edilsin ki:
3.1. Azad Zonanın müvəqqəti idarəetmə qurumu “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – Qanun) uyğun olaraq Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurumdur;
3.2. Qanunun 32-ci maddəsinə uyğun olaraq Azad Zonanın səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər həmin səlahiyyətli qurumun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvəqqəti idarəetmə qurumu həyata keçirir;
3.3. müvəqqəti idarəetmə qurumuna Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müvəqqəti idarəetmə qurumunun sədri (bundan sonra – sədr) rəhbərlik edir;
3.4. sədr Azərbaycan Respublikasının Prezidentinə tabedir və ona hesabat verir;
3.5. müvəqqəti idarəetmə qurumunun idarə olunması ilə bağlı müvafiq sənədləri sədr qəbul edir;
3.6. müvəqqəti idarəetmə qurumunun idarə olunmasına, strateji məqsədlərinə çatmasına və fəaliyyətinə görə sədr məsuliyyət daşıyır;
3.7. müvəqqəti idarəetmə qurumunun maliyyə məsələləri Qanunun 8-ci maddəsinə uyğun olaraq tənzimlənir.
4. Sədrə tapşırılsın ki:
4.1. üç ay müddətində:
4.1.1. müvəqqəti idarəetmə qurumunun təşkilati strukturunu müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.1.2. müvəqqəti idarəetmə qurumunun büdcəsini təsdiq etsin;
4.2. Azad Zonanın idarə edilməsi və inkişafı ilə bağlı Qanundan irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Qanunun 8-ci maddəsinə uyğun olaraq müvəqqəti idarəetmə qurumunun öz hüquq və vəzifələrini həyata keçirməsi üçün maliyyələşmə məsələlərinin həllini təmin etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
6.1. müvəqqəti idarəetmə qurumunun öz hüquq və vəzifələrini həyata keçirməsi üçün onun müvafiq inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görsün;
6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı müvəqqəti idarəetmə qurumuna lazımi kömək göstərilməsini təmin etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2019-cu il.
26 Noyabr 2019, 08:119 Oktyabr 2014, 15:10
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Geoloji Axtarış Ekspedisiyasının Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 may tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi barədə ətraflı...
9 Oktyabr 2014, 15:10
"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 noyabr tarixli 254 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
9 Oktyabr 2014, 09:10
Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında ətraflı...
9 Oktyabr 2014, 09:10
N.V.Veysovun Şəmkir rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
9 Oktyabr 2014, 09:10
A.A.Məmmədovun Şəmkir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
9 Oktyabr 2014, 09:10
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında ətraflı...
8 Oktyabr 2014, 09:10
Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
3 Oktyabr 2014, 09:10
Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə ətraflı...
3 Oktyabr 2014, 09:10
Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka ətraflı...
2 Oktyabr 2014, 09:10
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ətraflı...