Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə Azərbaycan Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaqların suvarma suyu ilə təmin edilməsi, eləcə də əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Hazırda bu işlər uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 250 000 (iki milyon iki yüz əlli min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 2019-cu il.
7 Noyabr 2019, 08:1118 Noyabr 2014, 09:11
Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə ətraflı...
18 Noyabr 2014, 09:11
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə ətraflı...
18 Noyabr 2014, 09:11
“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ətraflı...
18 Noyabr 2014, 09:11
Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ətraflı...
17 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...