Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Xalq artisti”

 

Qəniyev Heydər Anatollu oğlu – gizir

 

“Əməkdar incəsənət xadimi”

 

Kərimov Anar Elman oğlu            – polkovnik-leytenant

Axundzadə Rüfət Yusif oğlu       – mayor

 

Əməkdar artist”

 

Hacıyev Rafiq Cəlil oğlu – mayor

 

Əməkdar həkim”

 

Həsənov Qurban Qeybqulu oğlu             – tibb xidməti polkovniki

 

“Əməkdar müəllim”

 

Abbasov Abbas Fətulla oğlu

Bağırova Təyibə İbrahim qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2014-cü il.

 

27 İyun 2014, 09:06

http://www.azertag.net

4731—4740 / 10511

25 Oktyabr 2017, 09:10

Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

24 Oktyabr 2017, 09:10

Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

23 Oktyabr 2017, 09:10

Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

23 Oktyabr 2017, 09:10

Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında   ətraflı...

20 Oktyabr 2017, 09:10

Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

20 Oktyabr 2017, 09:10

Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında   ətraflı...

20 Oktyabr 2017, 09:10

X.T.Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

19 Oktyabr 2017, 09:10

Ş.S.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2017, 09:10

N.H.Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2017, 09:10

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ   ətraflı...