Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Ağdaş rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Habil Əliyev adına 500 şagird yerlik yeni musiqi məktəbi inşa edilmiş, 39 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X25 MVA gücündə “Ağdaş” yarımstansiyası yenidən qurulmuş, Biyan Sənaye Parkının biyan tədarükü və emalı, bitki ekstraktı və sirop istehsalı zavodları və digər iri istehsal və emal müəssisələri yaradılmış, 13 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağdaş şəhərində fin tipli, istismara yararsız evlərdə və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2019-cu il.

30 Oktyabr 2019, 07:10

http://www.azertag.az

3841—3850 / 10511

5 Aprel 2018, 08:04

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1039-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Aprel 2018, 08:04

“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2018, 08:04

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Aprel 2018, 08:04

“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2018, 08:04

Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Aprel 2018, 08:04

“Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Aprel 2018, 08:04

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2018, 08:04

Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Aprel 2018, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 888 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2018, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...