“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.6-cı maddəsinə uyğun olaraq, operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, sürücülərin hazırlıq səviyyəsinə dair tələbləri, habelə operatorların uçotunun aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

1.3. həmin Qanunun 50.5-ci maddəsinin birinci və ikinci cümlələrinə uyğun olaraq, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair proqramı, həmçinin həmin sürücülər üçün hazırlığın keçirilməsi qaydasını və müddətini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 50.5-ci maddəsinin dördüncü cümləsinə uyğun olaraq, tədrisin nəticələrinə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə veriləcək sənədin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.5-ci maddəsinin birinci, ikinci və dördüncü cümlələrində, 50.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.2. həmin Qanunun 1.0.9-1-ci maddəsində və 50.5-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

4. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083; 2018, № 12 (I kitab), maddə 2600; 2019, № 5, maddə 838) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-1-ci bənddə “və 48.2-ci maddəsində” sözləri “, 48.2-ci maddəsində, 50.5-ci maddəsinin birinci, ikinci və dördüncü cümlələrində və 50.6-cı maddəsində” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci bəndə “Qanunun” sözündən sonra “1.0.9-1-ci,” sözləri və “50.5-ci” sözlərindən sonra “(üçüncü cümləsində)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2019-cu il.

29 Avqust 2019, 08:08

http://www.azertag.az

5781—5790 / 10511

10 Fevral 2017, 09:02

“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

10 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

9 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair   ətraflı...

8 Fevral 2017, 09:02

Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

8 Fevral 2017, 09:02

Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

8 Fevral 2017, 09:02

Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

8 Fevral 2017, 09:02

Ç.S.Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında   ətraflı...

6 Fevral 2017, 10:02

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

6 Fevral 2017, 10:02

“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

6 Fevral 2017, 10:02

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında   ətraflı...