“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1642-VQD nömrəli Qanununun tətbiqi və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1642-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü hissə (birinci halda) üzrə:
3.1.1. ikinci–beşinci abzaslar müvafiq olaraq 3.1-ci, 3.2-ci, 3.3-cü və 3.6-cı bəndlər hesab edilsin;
3.1.2. 3.3-cü bəndə “3-cü bəndində” sözlərindən sonra “, 49-1-ci maddəsində” sözləri əlavə edilsin;
3.1.3. aşağıdakı məzmunda 3.4-cü və 3.5-ci bəndlər əlavə edilsin:
“3.4. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
3.5. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (təcrübə mübadiləsi ediləcək müvafiq xarici dövlətlərlə, yerli özünüidarəetmə orqanlarının assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla) həyata keçirir;”;
3.2. 3-cü hissə (ikinci halda) dördüncü hissə hesab edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 avqust 2019-cu il.
27 Avqust 2019, 08:0823 Dekabr 2015, 09:12
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında ətraflı...
23 Dekabr 2015, 09:12
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
23 Dekabr 2015, 09:12
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında ətraflı...
22 Dekabr 2015, 09:12
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında ətraflı...
22 Dekabr 2015, 09:12
Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı ətraflı...
22 Dekabr 2015, 09:12
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziyalaşdırma Qaydası ətraflı...
22 Dekabr 2015, 09:12
Azərbaycan Turizm və Menecment Universitetinin NİZAMNAMƏSİ ətraflı...