Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

II. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

III. Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Fərrux oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

IV. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

 O.Əsədov

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 20 iyun 2014-cü il.

23 İyun 2014, 09:06

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...