“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü və 7-ci bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə 4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə 206, № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə 699, № 11, maddə 960; 2009, № 6, maddə 395; 2010, № 4, maddə 276; 2013, № 12, maddə 1497; 2018, № 3, maddə 399, № 5, maddə 886, № 12 (I kitab), maddə 2481) 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.”.
2. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 268; 2006, № 2, maddə 67; 2009, № 4, maddə 213; 2011, № 12, maddə 1078) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.0.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda;”;
2.2. 6.0.1-ci maddə ləğv edilsin;
2.3. 7.2-ci maddənin ikinci cümləsində “uzadıla bilər” sözləri “uzadılır” sözü ilə əvəz edilsin;
2.4. 8.1-ci maddənin birinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;
2.5. 8.2-ci maddənin birinci cümləsində “apara bilər” sözləri “aparır” sözü ilə əvəz edilsin;
2.6. 8.3-cü və 8.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir.
8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir.”;
2.7. 8.5-ci maddəyə “15” rəqəmlərindən əvvəl “müvafiq bələdiyyəyə müraciət etdiyi gündən” sözləri əlavə edilsin;
2.8. 8.6-cı maddənin birinci cümləsindən “ağır” sözü çıxarılsın və həmin cümləyə “edilməsini” sözündən sonra “(dəyişdirilməsini)” sözü əlavə edilsin;
2.9. 8.7-ci maddəyə “cinayət” sözündən sonra “əlamətlərini” sözü əlavə edilsin və həmin maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;
2.10. 9-cu maddənin ikinci cümləsində “qanunvericilik aktlarına dəyişikliklər və əlavələr” sözləri “qanunlarda dəyişikliklərin” sözləri ilə əvəz edilsin;
2.11. 10.1-ci maddədə “apara və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edə bilər” sözləri “aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir” sözləri ilə əvəz edilsin;
2.12. 11-ci maddədə ikinci halda “və ya” sözləri “və” sözü ilə əvəz edilsin;
2.13. 12-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “qanuna” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2019-cu il.
29 İyul 2019, 08:077 İyun 2018, 08:06
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 İyun 2018, 08:06
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 İyun 2018, 08:06
“İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 İyun 2018, 08:06
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 İyun 2018, 08:06
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
6 İyun 2018, 08:06
Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 İyun 2018, 08:06
Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 İyun 2018, 08:06
Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (36 km)–Qoyunbinəsi–Hacımahmudlu–Nurallar–Qaramanlı–Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 İyun 2018, 08:06
Su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 İyun 2018, 08:06
Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...