İ.M.Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi səlahiyyətlərinin müddəti 2014-cü il iyunun 25-də bitən İnqilab Maşallah oğlu Nəsirov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
O.Əsədov
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 20 iyun 2014-cü il.
23 İyun 2014, 09:0624 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...