“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1623-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1623-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 20.3-cü maddəsində, 45.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 46.2-ci və 53.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.
4. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 5.3-cü bənddə “50.0.5-ci,” sözləri “50.1.5-ci,” sözləri ilə əvəz edilsin;
4.2. 5.4-cü bəndə “15.4-cü,” sözlərindən sonra “20.3-cü,” sözləri, “44.5-ci” sözlərindən sonra “maddələrində, 45.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 46.2-ci” sözləri, “52.3-cü,” sözlərindən sonra “53.2-ci,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2019-cu il.
23 İyul 2019, 08:0720 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında ətraflı...
17 Oktyabr 2014, 09:10
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının iştirakçılarına ətraflı...
16 Oktyabr 2014, 09:10
Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında ətraflı...
15 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
15 Oktyabr 2014, 09:10
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
Mərkəzi Seçki Komissiyasının 29 may 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
M.Ə. Məmmədyarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...