“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1983) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”nin 3-cü hissəsində “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası” sözləri “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyul 2019-cu il.

4 İyul 2019, 08:07

http://www.azertag.az

7521—7530 / 10511

5 Yanvar 2016, 09:01

Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

T.Ş.Mahmudovun Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında   ətraflı...

30 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında   ətraflı...

30 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında   ətraflı...

29 Dekabr 2015, 09:12

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında   ətraflı...

29 Dekabr 2015, 09:12

S.Ə.Məmmədovun "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

29 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

28 Dekabr 2015, 09:12

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə   ətraflı...

25 Dekabr 2015, 09:12

Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair Sazişin təsdiq edilməsi haqqında   ətraflı...